Bitkilər aləmi

Bitkilər aləmi o qədər maraqlı və gözəldir ki… Hər bitkinin bu təbiətdə mütləq bir rolu və funksiyası vardır. itkilər bir çox xəstəliklərə şəfadır. Hətta bir-çox heyvan da xəstələndikdə bitkilərlə özlərini sağaldırlar. Bitkilər aləmi içərsində özünəməxsus yeri olan bəzi güllərlə tanış olaq.

Passiflora çiçəyi

agroexpert.az Bitkilər aləmi

Maraqlı gözəlliyi olan Passiflora çiçəyi, yarpaqlarının üzərində yerləşən kiçik iynələrin sayəsində tırtıllara qarşı özünü qoruyur. Bu iynələr, yumurtadan çıxan tırtılların ən kiçik yer dəyişdirməsi nəticəsində bədənlərinə batır. Beləliklə, passiflora çiçəyi, bu tırtıllar hələ doğulub ona zərər vermədən tədbirini almış olur. 

Novruzgülü

agroexpert.az Bitkilər aləmi Novruzgülü

Ətrafımızdakı gözəlliklər bəzən olduqca təsir edici formalarda meydana çıxırlar. Qışda qar örtüyünün altında donaraq qorunan novruzgülləri, yazda qarların əriməsi ilə birlikdə çiçək açırlar. Qarların içindən çıxan bu böyük gözəllik və rəng çalarları, Allahın yaradışındakı qüsursuzluğun və ehtişamın nümunələrindən sadəcə biridir.

Daş kaktusu

agroexpert.az Bitkilər aləmi kaktus

Şəkildə görünən bu canlı qayalar həqiqətdə torpağın altında gizlənmiş olan bir bitkinin ətli yarpaqlarıdır. Çiçək açmadığı zamanlarda qayadan fərqlənməyən daş kaktus bitkisi əslində həqiqi kaktus deyil. Qayaya bənzəyən görünüşü onun düşmənlərindən qorunmasını təmin edir. 

Genlisia

genisia

Genlisianın tələsi heyvan bağırsağına bənzəyir. Torpaq altında budaqlanan yarpaqları içi boş borular şəklindədir. Torpaqdan çəkilən su bu borularda irəliləyir. Boruların uclarındakı yarıqlarda, bitkinin içinə doğru yönəlmiş bir axıntı var. Bu axıntı, bitkinin içində su nasosla vuran tükcüklərdən qaynaqlanır. Su içindəki böcəklər və digər orqanizmlər, axıntı səbəbi ilə boruların uclarındakı yarıqlardan içəri doğru süründürülür. Bu süründürülmə boyunca keçdikləri hər yer ucları aşağıya baxan qalın və sərt tüklərlə örtülüdür. Tükcüklər də qapaq funksiyasını yerinə yetirərək böcəyi bitkinin içinə doğru aparan təsir meydana gətirir. Qurban içəriyə doğru irəlilədikcə silsilə öldürücü həzm vəziyləri ilə qarşılaşırlar. Sonunda da Genlisianın qidası olurlar.

Bitkilər haqqında daha ətraflı bu bölümdə tanış ola bilərsiniz.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!