Bitkilərdə çiçək tökülməsi, tozlanma və meyvə yaranmadakı problemlərin səbəbi…

Meyvə və ya toxum verməsi gözlənilən bitkilərdə çiçəklərin, tumurcuqların tökülməsi, meyvə yaranmaması, meyvələrin böyümədən tökülməsi kimi problemlərlə qarşılaşırıq.

Bu problemlərə bir deyil, bir neçə amil səbəb ola bilər. Aşağıda sadalayacağımız səbəblər bitkidən-bitkiyə görə fərqləndiyi kimi, bəzən də bir amil (problem) hər növdə mövcud olur.

Tozlanmanın baş verməməsi, meyvə (və ya toxumun) yaranmaması.

Çiçəklərin meyvə yartmadan tökülməsinin ən geniş yayılmış səbəbi tozlanmanın olmamasıdır. Tozlana bilməməsinə 5 səbəb sadalaya bilərik.

Ən əsas iki amil, yəni 1. və 2. səbəblər – bağlı məkanlarda küləyin olmaması və tozlandırıcı böcəklərin olmaması. Bu iki amil tozlanma prosesinin pozulmasına səbəb olur. Bəzi bitkilərdə tozlanma üçün küləyin, bəzisində böcəklərin, bəzisində isə hər ikisinin iştirakı vacibdir.

3. Şiddətli isti və ya yetəri qədər isinə bilməmə. Bəzi bitkilərin çiçəkləri isti-soyuğa həssasdır. Bitki çiçək açdığı vaxt şiddətli isti olmuşsa və ya temperatur normadan aşağıdırsa, deməli bu zaman açdığı çiçəklər boşuna gedəcək.

4. Göbələk xəstəlikləri. Çiçəklərin içindəki həssas orqanlara təsir edən göbələklər. Onların yaranma səbəbi sakit hava-küləksiz şərait halında intensiv nəmlikdir.

5. Özündən qısır bitki. Ən çox alma növlərində rast gəlinən bir problemdir. Çiçəklərin tozlanmasında heç bir problem olmadığı halda öz tozcuqların işə yaramaması səbəbindən yaranan problem.

Çiçək tumurcuqlarının tökülməsi

Kalsium əksikliyi və göbələk xəstəlikləri bir-birinə bənzəyən problemlərdir. Çiçəklərin budağa bağlı incə zərif saplarında qaralıb qopmalar olursa bu ya kalsim əksikliyindəndir, ya da göbələk xəstəliyindən (göbələk haqqında sonuncu maddəni oxuyun). Bu7 məsələ də doğrü təşhiz qoya bilmək üçün bir neçə amilə xüsusi diqqət edilməlidir. Yeni açmaqda olan və ya hələ tomurcuq olan çiçəyin saplarında və yaşıl kiçik çanaq yarpaqlarında qaralmalar, çürümələr varmı deyə buna baxın. Əgər havada intensiv nəm yoxdursa, əsinti yaxşıdırsa (bu ki amil eyni anda mövcudsa) göbələk problemindən söz gedə bilməz.  Səbəb kalsium əksikliyidir. Kalsium əksikliyi, ən çox bibər, pomidor, kartof kimi bitkilərə təsir edir. Meyvə yaranmağa başlasa belə, həmən qaralıb çürüməyə başlayır. Kalsium əksikliyinin həlli torpağa kən təsərrüfat əhəngi səpməkdir. (ən alt yarpaqlara da səpmək işə yarayacaqdır.) Saxsılardakı bitkilərə isə həmin əhəngin toz halını (və ya təbii əhəng daşından qaşıdığınız tozu) səpə bilərsiniz.

Norması isə belədir: 1 və ya 2litr həcimli saxsı qablarda torpağın səthinə 1 çay qaşığı qədər 10 gün ara ilə(ayda iki dəfə) səpmək kifayat edər. Saxsı nə qədər çox torpaqla dola bilirsə o miqdara uyğun  tozu əlavə etmək lazımdır.

Bitkinin tumurcuqları bəzləməyə gücü çatmırsa, tumurcuqlar bitkini “tərk edər”. Torpaq minerallardan “kasıbdırsa”, kifaytə qədər maddələrlə zəngin deyilsə, torpaq qidalandırıcılarında kimyəvi tərkibi yüksəksə, bitkidə fotosintez prosesi düzgün getmirsə tumurcuqları töküləcəkdir.

Yer dəyişikliyində. Bütün bitkilər eyni xüsusiyyətə sahib deyil. Bu səbəbdən yerini dəyişdirərkən də tumurcuqlarını tökə bilər. Hətta bəzi bitkiləri torpqdan çıxarmadan, olduğu qabda yönünü dəyişdik də belə çiçəkləri tökülür.

Bitki bitləri də çiçək və tumurcuqların tökülməsinə səbəb olur. bitlərin qoyduqları yumurtalar onların tökülməsinə səbəb olur.

Bitki bit dərmanları yarpaqlara, fidanlara zərər vermə sə də bəzən tumurcuqların tökülməsinə səbəb olur.

Bitkinin kökləri zərər görərsə bu ilk olaraq üzərindəki tumurcuqlara təsir edir. Bitkinin kök uclarının zərər görməsinə səbə isə aşırı sulamaq, lazım olmadığı təqdirdə sulamaq, yalnış zamanda bitki qidalandırıcısı verməkdir.

Bunlarla yanaşı torpağa ət suyu, sirkə, çox soyuq su, isti su, qaynadılmış makaron suyu, dəmir pası kimi tullantıları tökmək də bitkiyə zərər verir.

Rütubət və nəmlik. Yuxarıdakı birinci maddə ilə əlaqəli olaraq Göbələk problemindən bəhs edək. Bitkilərinizə normasız- olur-olmaz zaman da su verməyin. İstər ev bitkisi olsun,istərsə da sahəsə-əkində olan bitki. Bitkilər uzun müddət sulu-nəm qalarsa müxtəlif göbələk xəstəlikləri yaranar. Sərin havada başqa göbələk, isti havada başqa göbələk. Bəziləri incə küf kimi bitkinin üzəeində, bəziləri bitkinin köklərində yaranacaq. Külək olmayan baxçalarınızda bitkilərinizi səhər sulayın. Rütubətlik yüksəksə evinizdə, ya əkin sahənizdə o zaman havanın sərinliyi, külək olub olmaması kimi amilləri diqqətdə saxlayaraq sulayın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!