Bitkilərdə tozlanma prosesi

Meyvənin əmələ gəlməsi üçün ən vacib olan proses tozlanmadır. Tozlanmanın isə necə baş verdiyini bilmək hər bir əkinçi, bağban üçün önəmli məsələdir. Yetişmiş tozcuğun erkəkcikdən dişiciyin ağzına düşməsinə tozlanma deyilir. Bir digər tərifinə əsasən isə: Yetişmiş erkəkciyin toz hüceyrələrinin örtülü toxumlularda dişiciyin, çılpaqtoxumlularda yumurtacığın ağızcığına düşməsidir.

Tozlanma əsasən iki cür olur:
Ø  öz-özünə tozlanma
Ø  çarpaz tozlanma

 1. Öz-özünə tozlanma-Eyni çiçəkdəki tozcuğun həmin çiçəyin dişiciyinin ağızcığına düşməsinə deyilir. Bu cür tozlanma buğda,arpa ,noxud ,kətan, pomidor və başqa bitkilərdə olur.

Əsas əlamətləri

  • Bu tip tozlanmanın olması üçün bir çiçəyin erkəkciyi və dişiciyieyni anada yetişməlidir.
  • Eynicinsli bir çiçəkdə yumurtacıq və tozluğu müxtəlif vaxtda yetişdirərərk öz-özünə tozlanmanı əngəlləyə bilər.
  • Öz -özünə tozlanan bitkilərin növ sayı çarpaz tozlanan bitkilərin növ sayından azdır. 
  • Öz -özünə tozlanma çox vaxtı çiçəklər açmazdan öncə baş verir.
  • bu cür tozlanma həm təsərüffat həm də gələcək nəsil üçün zərərlidir.
  • Belə bitkilrədə get gedə cırlaşma getdiyindən məhsuldarlıq aşağı düşür,ona görə də onları vaxtaşırı süni tözlandırma apararaq məhsuldarlığı artırırlar.

2. Bir çox bitkilərdə tozcuq külək  yaxud həşaratla bir bitkidən başqasına aparılır.  Tozcuğun bir çiçəyin erkəkciyindən digər çiçəkdəki dişiciyin ağzına düşməsinə çarpaz tozlanma deyilir. Bu cür tozlanma çovdar, qarabaşaq , yonca ,yerkökü, çiyələk, moruq, albalı, alma və s. bitkilərdə gedir.

Çarpaz tozlanma 3 formada baş verir.

1.Küləklə 2. Heyvanlar-həşəratlarla 3. Süni

Küləklə-belə bitkilərin çiçəkləri xırda görkəmsiz ,ətirsiz,nektarsız olur. Tozcuq hüceyrələri çox yüngül olduğundan uzaq məsafələrə gedir.Belə tozlanan ağac və kol bitkiləri ya yarpaqlar açılanadək,ya da yarpaqlar acılan vaxtı çiçəkləyir. Bu proses fındıq,qoz,palıd,qarğıdalıda baş verir.
Həşəratlara-belə bitkilərin çiçəkləri ikicinsli, tozcuqları yapışqanlı və üzəri çıxıntılı olur. Çiçəkləri iri olur, bəzən nektar  və tozluqlar açıqda yerləşir.(qurdağzı bitkisi). Tozlanma həmçinin heyvanlar, quşlar vasitəsiylədə baş verir. Tropik ölkələrdə güllər kiçik quşlar olan kolibri quşları ilə tozlanır.

Süni tozlanma-isə insan tərəfindən təsərrüfat əhəmiyyətli bitki sortları yaratmaq üçün aparılır.

Ağızcıqda olan qabarcıqlar (albalıda) və ya tükcüklər (çovdarda), tozcuqları tutub saxlayır.Tozcuq ağızcığın ifraz etdiyi mayedə cücərir və tozcuq borucuğu əmələ gətirir. Borucuq böyüməkdə davam edir, sütuncuğun içərisinə doğru uzanır və yumurtalığa çatır.Tozcuq borucuğu yumurtalığa çatan zaman onun ucunda iki ədəd kiçik hüceyrə olur. Bunlara spermilər deyilir. Yumurtalıqda da (rüşeym kisəsində) mayalanmada içtirak edan iki hüceyrə vardır. Bunlardan biri (yumurta hüceyrəsi ) tozcuq girəcəyinin qarşısında, digər isə mərkəzdə yerləşir. Spermilərdən biri yumurta hüceyrəsinin nüvəsi ilə, digər isə mərkəzi hüceyrənin nüvəsi ilə qovuşur, beləliklə mayalanma baş verir . Bitkilərdə bu cür mayalanma  ikiqat mayalanma adlanır. Bu proses, yəni iki spermidən birinin yumurta hüceyrəsilə , digərinin mərkəzi hüceyrə ilə mayalanması prosesi ilk dəfə 1898-ci ildə rus alimi S.Q.Navaşin  tərəfindən müəyyən edilmişdir. 
Mayalanmadan sonra çiçək solub, quruyub tökülür və mayalanmış yumurta hüceyrəsindən ziqot(rüşeym), mayalanmış mərkəzi hüceyrədən rüşeymin qidasını təşkil edən  endosperm, yumurtalığın divarından isə meyvə əmələ gəlir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!