Bitkilərə sputnikdən nəzarət

Müharibə baronları imkan versə insanlıq daha yaxşı inkişaf edəcək. Çoxu hərbi məqsədlərlə orbitə buraxılmış sputniklər aqrosektorun inkişafında əvəzsiz rol oynaya bilər. Bir çox şirkətlər artıq bu yöndə işlər görməyə başlayıblar. Bunlardan biri də Farmshots İnc innovatorudur. agroexpert_xerite sputnikdən

Şimali Karolina şirkəti Farmshots yüksək keyfiyyətli sputnik şəkillərini təhlil edərək bitkilərin sağlamlığına nəzarət edir. O bunu sahələrdə günəş işığının udulma dərəcəsinə əsasən hesablayır.

Məqsəd  fermer, aqronomlara sahələrdə qida çatışmazlığından, zərərvericilər, iqlim vəya xəstəliklər səbəbindən əmələ gələn problemləri vaxtında və dəqiq aşkarlamaqdır. Bu sayədə nəzarət gəzintilərini 90% azaltmaq mümkündür.

İnnovasiya bu yaxınlarda Syngenta tərəfindən satın alındı və bu texnologiya ilə ABŞ-da 8 milyon akra yaxın əkin sahəsinə nəzarət ediləcək. Daha sonra bütün dünyada.

Burda önəmli bir şeyi qeyd edim. Təsəvvür edin belə bir texnologiya Amerikalı ya da Avropalıların əlindədir. Onlar öz iş adamlarını göndərib məsələn Azərbaycanda ən verimli yerləri satın ala bilərlər. Və ya bütün dünyada ən verimli torpaqları alsalar?

Texnologiyası

Farmshots tərəfindən yazılmış bulud proqramları əkin yerinin şəklini bir-neçə formatda hazırlayır. Bu şəkilləri təhlillərlə birlikdə istifadəçinin cihazına (planşet, notbuk, smartfon) göndərir. Proqram hətta tövsiyələr də göndərə bilir.

Startup bu yaxınlarda Dealer”s Choice for Innovation (dilerin innovasiya üçün ən yaxşı seçimi) mükafatına da layiq görülüb.

Sonda onu da qeyd edim ki, sahədə əkilmiş günəbaxanın xəstəliyini təhlil edə bilən Amerika, Əfqanıstan ya da Azərbaycanın işğal altındakı torpaqlarında  əkilmiş narkotik sahələrindən xəbərsizdirmi? 😉

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669