Bitkilərin qida elementləri

qida çatışmazlığı

Bitkinin ideal inkişafı istilik, nəm, günəş işığı, torpağın fiziki, biolojikimyəvi xüsusiyyətləri ilə bağlıdır. Havaiqlim kimi ekoloji faktorlarla yanaşı bitkinin torpaqdakı qida elementlərindən faydalanma vəziyyətini təyin edən faktorlar aşağıdakılardır:

Torpaq pH-ı, havalanma xüsusiyyətləri, maddələr nisbəti, torpağın bioloji quruluşu, qida elemetlərinin tarazlığı.

Qısa formada pH adlandırılan, mayenin turşuluq və qələvilik dərəcəsini ifadə edən termindir. pH hərfləri isə Güc (power) və hidrogen sözlərinin baş hərflərini ifadə edir. pH hərflərindən aydın olduğu kimi hidrogen ion konsentrasiyasını hesabladıqda bir dəyər meydana gəlir. Hidrogen–oksigenlə birləşdikdə su əmələ gətirən yüngül, rəngsiz, qoxusuz  qaz–kimyəvi elementidirBu faktorlar bitkinin inkişafı baxımından gübrələmə qədər dəyərlidir və öncədən nəzərə alınmalıdır.

agroexpert_az_bitkilerin_catismazliq_elementler

Bitkilər karbon, hidrogenoksigeni hava və sudan, digər bütün qida elementlərini isə torpaqdan təmin edir. Karbon təbiətdə bütün üzvi maddələrin ən mühüm tərkib hissəsi olan kimyəvi elementdir. Bitkinin ən çox ehtiyacı olan qida maddələri kalsiyum, azot, fosfor, maqneziyum, kaliumkükürtdür.

  • Kalsium – əhəngdaşı, mərmər və s. tərkibində olan gümüşü-ağ rəngli metal–kimyəvi element.
  • Azot – havanın əsas tərkib hissəsini təşkil edən maddələrdən birisi–rəngsiz və qoxusuz qaz-kimyəvi element.
  • Fosfor – bəzi mineralların, heyvanların sümüklərinin, heyvan və bitki toxumalarının tərkibində olan, tezalışan və qaranlıqda işıq verən kimyəvi maddədir.
  • Maqneziyum – yanarkən parlaq ağ alov verən gümüşü-ağ rəngli yüngül, kövrək metal–kimyəvi element.
  • Kalium – qələvi filizlər qrupundan gümüşü-ağ rəngli metal– kimyəvi element.
  • Kükürd – sənayedə, kənd təsərrüfatında, tibbdə işlənən sarı rəngli tezalışan kimyəvi maddədir.
agroexpert_az_bitkilerin_catismazligi

Bu elementlər hər hektara 11,2 kq-dan 440 kq-dək verilməlidir. Bitkinin ən az ehtiyac duyduğu elementlər:

  • bor;
  • xlorid;
  • mis;
  • dəmir;
  • manqan;
  • molibden;
  • sink.

Bunlardan molibden hər hektara 15 qr, dəmir və manqan isə 700 qr verilməlidir.

Bitkidə qida çatışmazlığıəlamətləriBitkilər lazım olan qidaları kifayət qədər ala bilmədikləri zaman, gözlə görülən çatışmazlıq əlamətləri göstərirlər. Əsas çatışmazlıq əlamətləri bunlardır:

  • Azot çatışmazlığı: Bitkinin inkişafına maneə olur, rəngi saralır. Yarpaq ucları bitkinin altındakı yarpaqlardan başlayaraq qırmızımtıl qəhvəyi rəngdə olur.
  • Fosfor çatışmazlığı: Kökün inkişafına maneə olur, saplar uzanır, bitkinin yetkinləşməsi gecikir. Bitkinin rəngi göyərir.
  • Kalium çatışmazlığı: Yarpaq ucları qovrulur, saralır, saplar zəifləyir. Bitkinin daxilində quruma, büzülmə baş verir.
  • Kalsiyum çatışmazlığı: Yarpaq ucları daraq kimi parçalanır. Çiçəklər tam açmamış ləçəklərini tökür.
agroexpert_az_bitkilerde_catmazlıq
  • Maqneziyum çatışmazlığı: Yarpaqlar incə və kövrək olurlar, uclarında və damar aralarındakı bölgədə rənglərini itirir, açıq yaşıl rəng alırlar.
  • Kükürt çatışmazlığı: Bitkinin alt hissəsindəki yarpaqlar saralır, köklər və saplaqların ölçüləri kiçilir.
  • Bor çatışmazlığı: Tumurcuqlar açıq yaşıl rəngdə olur. Köklərdə tünd ləkələr əmələ gəlir. Saplaqlar çatlayır.
  • Mis çatışmazlığı: Bitkinin rəngi ağarır. Sitrus meyvələri qırmızımtıl qəhvəyi rəngdə olur və anormal şəkildə böyüyür.
  • Dəmir çatışmazlığı: Yarpaqlar saralır, ancaq damarları yaşıl qalır. Yarpaqlar yuxarı tərəfə qıvrılır.
  • Manqan çatışmazlığı: Yarpaqlarda ölü toxumalar görsənir, yarpağa nahamar bir görünüş verir.
  • Sink çatışmazlığı: Yarpaqlar kiçilir, üzərində xallar əmələ gələ bilir. Tumurcuq inkişafı zəifləyir.
Bitki mövsümündə problemin həlli:
Kalium tərkibli HCS-in radikal tətbiqidir.

Mənbə: aqronom.blogspot.com

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!