Bitkoin: növbəti texnoloji köpükdürmü?

Bakı-küləklər şəhəridir, gilavarı ilə məşhurdur. İndi də bir bitcoin fırtınasıdır yaman qopub. Hərkəs də maraqla gedişatı seyr edir, cəsarətlilər bu tendensiyaya qoşulur. Bir dostum da (elə bu saytın rəhbəri) çoxdandır mənə də bitcoin almağı tövsiyyə edir. Təbii bu iş mənə də maraqlı gəlir. Amma nədənsə əzəl gündən bu işin içindəki texniki terminlərin çoxluğu mənə bir texnoloji yalanı kimi gəlirdi. Qərar verdim sizinlə bərabər sırf texniki tərəfini araşdıram. Ona görə bu və bundan sonrakı məqalələri sadə dildə yazmağa çalışacam. Siz də şərhlərlə məqaləni gücləndirsəniz həm minnətdar olaram həm insanımıza faydalı olarsınız.

bitcoinBitcoin nədi? Bunu anlamaq üçün əvvəlcə blockchaini anlamaq lazımdır. Blokçeyni anlamaq üçün data mining (informasiya mədənçiliyi) başa düşülməlidir. Sonra hash nədir izah edilməlidir. Ən sonda Tarixi-Nadir yarıya kimi oxunmalıdır.

Biz ən yaxşısı bütün bunları sadə misallarla izah edək. Texniki terminlərlə insanların zatən qarışıq olan qafalarına yeni şübhələr əlavə etməyək.

Dünyadakı bütün informasiyanı yeraltındakı qızıllar kimi təsəvvür edək. (informasiya qızıldan daha dəyərlidir əslində). İnsanlar bu qızılları çıxarmaq üçün mədənlər qazırlar. Buna deyirlər data mining. Image result for data mining

Əlbətdə bir mədəndə bir araba ilə qızıl çıxarmaq verimli deyil, bir çox texnikanı işə cəlb eləmək lazımdır. Bu işbirliyinə deyirlər blokçeyn (blockchain) Yəni dünyada neçə min kompyüter, server birlikdə ümumi zənciri təşkil edir.

Ən sonda çıxarılan faydalı qazıntı hash adlanır. Bax elə əslində bu hash kod bitcoin deməkdir.

Məsələn, Çində telekom şirkətinin 900 milyon abunəçisi var. Təsəvvür edin bu abunəçilər gündə 10 zəng edib, 5 mesaj göndərsələr gün ərzində ən azı 15-20 milyard tranzaksiya (data) alınır. İndi tutaq ki, bu şirkət müştərilərinin ətraflı təhlilini aparmaq istəyir. Spam nömrələri təyin etmək istəyir, gələn aya nə qədər danışıq olacağını proqnozlaşdırmalıdır, ən aktiv saatları təyin etməlidir, riskləri hesablamalıdır və sair. Bax elə burdan data mining meydana gəlmişdir.

Gələn yazılarda sırf bitkoin sxemini izah eləməyə çalışacam. Texniki dərinlikdə məsələ bu izahdakı qədər sadə deyil. Məsələn, bitkoin alqoritminin arxitektoru yapon qaqaş, sistem güvənliyi üçün daxildə qəliz kodlar yerləşdirib. Buna görə getdikcə bitkoin qazıb çıxarmaq daha uzun və daha çətin prosesə çevrilir.

Bu qısa izahdan sonra belə qənaətə gəlmək olar ki, bitkoin vəya digər altkoinlər “boş söhbət”, “texniki yalan” deyil. Bəlkə də işin içində spekuliyasiya və şişirtmə var, amma əmin olun texnar adamların yox, marketingçi və alverçilərin işidir. )

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Bitkoin: növbəti texnoloji köpükdürmü?

  • January 1, 2018 at 8:15 pm
    Permalink

    Bitkoin texnologiyası çox maraqlı gəldi mənə. 👍👍👍 Lazımlı məlumatdır. Təşəkkür edirəm.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!