Biznes plan necə hazırlanır?!

Əslində hamımızın bir biznes planı vardır. Biznes sözünün mənası “iş” olduğuna görə, günlük, illik işlərimizi bir plana salıb görürük. Çox nadir hallarda biz biznes planlarımızı yazı vasitələrinə köçürürük, məsələn papirus üzərinə 🙂 . Bu aralar aqrosektorda biznes qurmaq üçün maraqlı ideyalar bir-birini qovalayır. Amma bugün biznesinizə investisiya cəlb eləmək üçün bu planı sizdən tələb edirlər artıq. Ona görə sizə biznes plan necə hazırlanır qısa qeydlərlə yardım etməyə çalışacayıq.

Biznes plan hazırlamaq üçün xüsusi standart forma yoxdur. Biznes-Plan müqəddimədən, yəni girişdən və iki fəsildən ibarət tərtib edilə bilər. Birinci fəsildə biznesin təsviri, ikinci fəsildə isə maliyyə planı verilir.

Aşağıdakı nümunəni bir yerə kopyalayın və müvafiq bölmələri doldurun plan hazı olacaq:biznes plan

Layihə haqqında əlavə açıq məlumat

Burda layihəniz haqda əlavə məlumat yerləşdirə bilərsiz, hansiki sizin fikrinizcə layihənin təşviqində sizə kömək edə bilər. Ümumiyyətlə, burada digərləri üçün açıq olan və layihənizin tanıtımına kömək edən vacib hesab etdiyiniz məlumatları yerləşdirə bilərsiniz. Bu məlumat hamı üçün açıq olacaq və saytda dərc olunacaq.

Konsepsiya, ideya

Bu məlumat yalnız  münsiflər heyətinin  üzvlərinə açıq  olacaq. Siz hansi məhsulu və ya xidməti bazara gətirmək istərdiniz? Müştərilərin hansı problemlərinin həllinə  sizin məhsul və ya xidmət köməklik edəcək? Potensial müştəriləriniz kimlərdir? Sizin məhsulun və ya xidmətinizin arxasında hansı texnologiyalar dayanıb? Sizin biznes modelinizi bazarda bu sahədə artıq fəaliyyət göstərən digər şirkətlətdən fərqləndirən nədir?

Market, satış və marketinq

Məhsulunuz  üçün bazarın ölçüsü qiymətləndirin. Neçə potensial müştəriniz var? Kimlərdir? Niyə onlar sizin məhsulunuzdan və ya xidmətinizdən istifadə edəcək? Məhsulunuzu necə yerləşdirəcəksiniz? Nəyin hesabına siz gəlir qazanacagsız? Gəliriniz üçün qiymətləndirmə edin.

Sizin rəqabət üstünlüyünüz

Rəqibləriniz kimdir? Nə qədər müddətdi ki onlar bu bazarda işləyirlər? Gəlir məbləği və inkişaf prespektivləri nə qədərdir? Hansı alternativ məhsul və ya xidmət artıq bazarda var? Niyə sizin  ideyanız rəqiblərinizdəkinnən yaxşıdır? Niyə digər insanlar sizin biznes-ideyanızı sürətini edə bilməz?

Maliyyə planı

Bu hissədə siz investoru pul verməyə razı salmalısınız. Nə qədər vəsaitə ehtiyacınız var? Bu pulları hara və necə xərcləyəcəksiniz? Gəlir nə vaxtdan olacaq?

Komanda

Bəzi layihələrdə komanda çox böyük rol oynayır. Siz aqro bizneslə məşğul olacaqsınızsa işçiləri və əməkdaşları burda qeyd edin.

Proqnozlaşdırılan pul vəsaitlərinin hərəkəti

Excel proqramında hazırlayın bu formanı. Əldə edəcəyiniz investisiya, gəlir və xərcləri bu formada təsvir edəcəksiniz.

Onu da qeyd edək ki, sizin biznes plandakı məlumatlar məxfi məlumatlardır və kiminləsə paylaşıla bilməz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Biznes plan necə hazırlanır?!

  • Nisan 30, 2018 tarihinde, saat 5:30 pm
    Permalink

    I see you don’t monetize your page, don’t waste your traffic,
    you can earn extra cash every month because you’ve got hi quality content.
    If you want to know how to make extra money, search for: Ercannou’s essential adsense alternative

    Yanıtla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669