Biznes plan: Pendir istehsalı

Pendir ən çox istifadə edilən qidalardan biridir və ona görə pendir istehsalı yaxşı biznes ideya kimi cəlbedicidir. Dünyada pendirin 2000-ə yaxın növü var.  Lakin keyfiyyətli, təmiz pendir və süd məhsulları istehsal etmək dəqiq texnologiya nəzarəti tələb edir ki, bu da pendir istehsalında əsas çətinlikdir.  

agroexpert.az pendir istehsalı

Pendir hazırlamaq bizim dədə-babadan qalan ən böyük mirasımızdır. Bu dadlı reseptləri qoruyub saxlamaq, bahalı brendə çevirib dünya bazarlarına çıxarmaq lazımdır. Təəssüf ki, indi piştaxtalarda həddən artıq saxta pendirlərə də rast gəlmək mümkündür. Bütün çətinlik və riskləri əvvəlcədən hesablamaq üçün sizə pendir istehsalı ilə bağlı biznes plan təqdim edirik.

Pendir istehsalı

Pendirlər bərk, yarımbərk, yumşaq və duzlu adlanan 4 əsas sinfə bölünür. Məşhur pendirlərdən ağ pendir, brınza, mozarella, qauda, adıgey, suluquni, rikotta və sair saymaq olar. Biz burda bazarda ən çox tələb olunan ağ pendirin istehsalı üçün biznes plana baxacayıq.

  1. Təşkilati və hüquqi məsələlər
  2. İstehsal ərazisi
    Pendir və süd məhsulları istehsalı üçün ərazi və yer ayrılmalıdır. Mini istehsalat müəssəsindən başlamaq tövsiyyə edilir. Belə mini sexdə bunlar olmalıdır:
    -İstehsalat sexi.
    -Hazır məhsul üçün saxlanc yeri
    -İşçi üçün istirahət otağı.
    İstehsalat otağı üçün lazımi elektrik cərəyanı, su boruları və kanalizasiya sistemi təmin edilməlidir. 
  3. Avadanlıq
    Kiçik istehsalat müəssəsi üçün aşağıdakı avadanlıqlar gərəklidir:
    -Minimum 100 l pasterizasiya vannası.
    -Parafiner, min 75 l.
    -Süzgəc vannası, min 200 l.
    -Pendiri sıxmaq üçün press.
    -Pendir üçün formalar, min 5-10 ədəd.
    -Soyuducu kamera.
    -İş stolu.

    İtaliya, Çin, Türkiyə, Rusiya  kimi müxtəlif ölkələrin bu cür avadanlıqları mövcuddur. 
  4. Xammal (süd) əldə edilməsi
    Pendir istehsalında ən əsas faktor süddür. Ona görə yaxşı südün əldə edilməsi, daşınması, yığılması önəmlidir. Süd üçün şərtlər:
    -Sağlam heyvanların südü yığılmalıdır.
    -Turşuluq səviyyəsi pH, 6.8-dən aşağı düşməməlidir.
    -Süddə antibiotik olmamalıdır.
    -Tərkibi ortalama 3,5% yağ, zülal 3%.
    -Qəbul zamanı tempratur +12°C-dən yuxarı olmamalıdır.
    Südü əldə etməyin ən yaxşı yolu özünüzün heyvan saxlamağınız və ya maşınla əhalidən yığmaqdır. Hər iki halda laboratoriya sınağı aparılması zəruridir.
  5. İşçilər
    Normal mini pendir sexinin işini 1-2 personal görə bilər. Burda rollar düzgün bölüşdürülərsə problem yaranmaz. Bir nəfər südün qəbuluna və hazır məhsulun daşınmasına məsul olur, digəri istehsalla məşğul olur. Biz pendir sexində vəzifələri qeyd edək:
    -İdarəçi
    -Texnoloq
    -Pendir hazırlayan
    -Anbardar
    -Sürücü, təmizlikçi.
  6. Maliyyə
    Xərclər:
    -Sexin kirayəsi (alınması).
    -Avadanlıq əldə edilməsi.
    -İlkin xammalın əldə edilməsi.

    İşin gedişində digər xərclər:
    -Xammal alınması
    -Maaşlar
    -Komunal xərclər.

    Mütəxəssislər bu sektorda rentabelliyin 30% olduğunu qeyd edirlər. Qoyulan sərmayə (avadanlıq, bina) 2-3 il ərzində geri qazanılır.

Kiçik bir hesab

Xərclər: Tutaq ki, ayda 5 ton istehsal gücü olan pendir sexi açdınız. Bunun üçün ayda 20-25 ton südə ehtiyacınız var. Südü 0,60 Azn-dən əldə etsəniz, ortalama 14 000Azn edir. Daşınma və elektrik xərcləri 500 Azn, maaşlar 1000 Azn deyək. Yer özünüzün deyilsə 500 Azn də kirayə üçün versək, bütün xərclər 16000 Azn edir.

5 ton pendirin bir kiloqramının satış qiyməti keyfiyyət və növünə görə 4 Azn-dən 400 Azn-ə kimi dəyişir. Biz ağ pendir istehsal edəcəyik. Çünki ağ pendir bazarda ən çox tələb olunan və hazırlanması da daha asan olan, uzun müddət saxlana bilən çeşiddir. Bir sonrakı mərhələdə mozarella pendiri də istehsal eləməyə başlamaq olar, çünki mozarella çox populyar və satılan pendir növüdür.  

Gəlir: 5 ton ağ pendiri ortalama 4-5 Azn-dən satışa çıxarsanız 20-25 min gəlir deməkdir. Elə ağ pendir var ki, 7-8 Azn-dən də satışa çıxarmaq olar. Bu pendirin hansı keyfiyyətdə və nə qədər orqanik hazırlanmağından, mayadan, saxlanma müddətindən asılıdır.

Qazanc: Ayda 5 ton pendir istehsal edib satışa çıxarsanız, 20-25 min gəlir, 16 min xərclə, qazancınız 4 000-5 000 Azn olacaq. 

Bu qazanc pendirin minimal satış qiyməti ilə hesablanır. Əgər normal satış aparılsa, həmçinin pendir istehsalı ilə yanaşı digər süd məhsulları, şor, qatıq, kəsmik, nehrə yağı istehsal edilib satılarsa mini sex sizə ayda 6 000-8 000 qazanc verə bilər.

https://youtu.be/m_kmKdpUh2U

Bu biznesi daha da irəli aparmaq istəsəniz daha elit brendlər düzəltmək olar. Belə pendir var ki, qiyməti çox bahalıdır. Məsələn, rusiyada parmezan pendiri çox istifadə olunur. 

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!