Biznesin qızıl qaydaları

Bu gün Sem Uoltonun biznesin qızıl qaydaları ilə sizi tanış etmək istəyirəm. Diqqətlə oxusaz mütləq şəkildə öz biznesinizdə tətbiq edə biləcək bir qayda tapacaqsınız. İstənilən biznes sahəsində elə adamlar mövcuddur ki, onlara heyran qalmamaq mümkün deyil.

qızıl qaydaları

O adamlara ki, qarşılarına qoyduqları məqsədə çatmaq, qələbə qazanmaq üçün heç nəyə baxmayaraq, yenilməz bir iradə sərgiləyirlər.

Dünya biznes tarixində də belə adamlar var və onlardan biri də Sem Uoltondur. O, Walt-Mart adlandırdığı nəhəng riteyler şəbəkəsi təsis etmiş və onu dünyaca məşhur və tanınmış bir brendə çevirmişdi.

O, buna necə nail olmuşdu?

Ola bilsin ki, o, öz uğurunun bütün sirlərini açmağa imkan tapmamışdı, amma, dahi biznesinə dair özünün başlıca prinsiplərini bölüşməyə müvəffəq ola bilmişdi.

1-ci prinsip: Sadiq olun.

Gördüyün işə sadiq olmaq – uğur qazanmaq istəyən hər kəsin mütləq keyfiyyətidir. Nə baş verməsindən asılı olmayaraq, öz işinizə, öz biznesinizə və öz uğurunuza inanın.

2-ci prinsip: Özünüzdə alicənablıq tərbiyə edin.

Həmişə işçilərinizə səxavətlilik göstərin. Onlar sizin şirkətin ən mühüm hissəsidir. Biznesdən əldə etdiyiniz hər şeyi səxavətlə onlarla paylaşın və onlara heç vaxt “yuxarıdan aşağı” baxmayın. Onlara tabeçiliyinizdə olanlar kimi deyil, tərəfdaşlar kimi baxın.

3-cü prinsip: Məlumatları paylaşın.

Əməkdaşlarınız şirkətiniz barədə sizin özünüzdən az bilgiyə malik olmamalıdırlar. Biznesinizlə əlaqəli istənilən məlumatı onlarla paylaşın. Şirkət daxilində baş verənləri daha yaxşı başa düşərək, onlar uğura daha effektiv kömək edə biləcəklər.

4-cü prinsip: Təşəkkür edin.

Doğru zamanda və doğru yerdə ifadə edilən səmimi minnətdarlıq əməkdaşların daha yaxşı əməyə həvəsləndirilməsi üçün əla üsuldur.

5-ci prinsip: Öz yolunuzla gedin.

Başqalarına diqqət etməyin. Öz yolunuzu seçin və hədəfinizə aydın şəkildə əməl edin.

6-cı prinsip: Öz xərclərinizə qarşı diqqətli olun.

Başqa şirkətləri izləməkdənsə, zamanınızı öz şirkətinizə sərf edin. Rəqiblərin xərclərini izləməkdənsə, öz məsrəflərinizə diqqət yetirmək daha yaxşıdır. Bu daha faydalıdır.

7-ci prinsip: Bir addım irəlidə olun.

Siz müştəriləinizin bir həftə, bir ay, bir il sonra nə istəyəcəklərini bilməlisiniz. Bunu onların özləri bilməzdən əvvəl bilmək çox mühümdür.

8-ci prinsip: Hər kəsin fikirlərini nəzərə alın.

Hər bir əməkdaşınız biznes üçün ilk baxışdan göründüyündən daha böyük dəyər daşıya bilər. Hər kəsə diqqətlə qulaq asın və hər kəslə, hətta ən sıravi əməkdaşla belə təmas nöqtələrini tapmağa çalışın.

9-cu prinsip: Öz səhvlərinizi etiraf edin.

Harada səhv etdiyinizi başa düşmək, sizi həmin səhvə təkrar yol verməkdən mühafizə edəcək.

10-cu prinsip: Özünüzü həddən ziyadə ciddi aparmayın.

Özünüzə və hərəkətlərinizə gülməyi bacarın. Bu, biznesin sərt iş günlərində səmimiliyi müəyyən qədər təmin etmək üçün çox kömək edir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика