Çiçəklərdəki böcəklərdən mühafizə üçün evdə hazırlanan təbii üsullar

Təbiətdə mükəmməl bir tarazlıq var. Havada, torpaqda və ya suda olan bütün canlılar bu tarazlığı qorumaq üçün lazımdır. Buna görə bitkilərimizə zərər verən həşəratları məhv etməyə çalışarkən təbiətin tarazlığına zərər vermədən bu mübarizəni davam etdirmək lazımdır. Üzvi pestisidlərin bir çox faydası var. bunlar:

Ekoloji tarazlığı pozmadan bitkilərinizi qorumağa imkan verilməsi

Torpağa faydalı olan bakteriya və böcəklərin məhv edilməməsi

Evdə tapa biləcəyiniz dərmanlar və evdə hazırlana biləcək dərmanlarla büdcənizə qənaət edilməsi

Bu yazımızda əziyyətlə baxdığınız gözəl çiçəklərinizə zərər verən böcəklərdən qurtulmaq üçün evimizdə hansı materiallar hazırlayacağımız barədə danışacağıq.

Ev istehsalı böcək dərmanını hazırlamaq elə də çətin bir iş deyil. Əksəriyyəti evdə olan məhsullara bir neçə əlavə məhsul satın alaraq siz də asanca edə bilərsiniz. Ilk olaraq bilmək lazım olan bəzi detallar var. Bitkilərinizdəki böcəklər faydalı və ya zərərli ola bilər. Çiçəklərdəki həşəratlar üçün dərman istifadə edərkən bunu nəzərə almalısınız. Təbiəti tarazlaşdıran bu canlıları məhv etmək əvəzinə, bitkinizdən uzaqlaşdırmağa çalışmaq daha faydalı olacaq. Bu yazıda sizinlə bölüşəcəyimiz məlumat həşəratları məhv etməkdənsə, başqa yolla onları aradan qaldırmaqdır.

Böcəklər və milçəklər bitkilərinizin torpaqlarında böyüməyə başlayıbsa, əvvəlcə bitkinizin torpağını qurudun. Böcəklər və milçəklər sulu torpağı sevirlər.  Bitkinizin torpağını qurutduqdan sonra indi təklif edəcəyimiz üsullardan istifadə edin.

dibçək böcəkləri agroexpert.az
Bitkinin torpağındakı böcəklər necə məhv edilə bilər?

Bu suala veriləcək bir çox üsulla cavab var. Lakin bizim etmək istədiyimiz təbiətə zərər vermədən dərman və üsullardan istifadə etməkdir. Yarpaqlarda olan böcəklər btkilər üçün həm zərərli, həm zərərsiz ola bilər. Birinci bu böcəyin nə olduğunu müıyyınləşdirmək lazımdır.

Aspirinli su ilə bitkinizin torpağında olan böcəklərdən xilas ola bilərsiniz. Bir az su ilə aspirini qarışdırın və aspirini yaxşıca həll edin. Sonra çiçəklərinizin torpağına bir az tökün. Bu həm bitkinizi bəsləyəcək, həm də bitkidə yaşayan yarpaq biti və böcəkləri uzaqlaşdıracaq.

Sirkə əkinçilik dərmanı olaraq bir çox adam tərəfindən məlumdur. Yarpaq biti sirkəli suyun təsirindən dayana bilməz. Alma sirkəsi və çiçək yağı, ya da toz bibər ilə ağ sirkə istifadə edərək yarpaq bitlərindən xilas olmaq mümkündür. Bu qarışıqları bitkinin bütün yarpaqlarına sprey etmək lazımdır.

Süd, bitkilərinizdə kifləmə və göbələklərin müalicəsi üçün müraciət edə biləcəyiniz bir maddədir. Süd su ilə qarışdırılaraq günorta günəş qızmadan əvvəl bitkilərə istifadə olunur. Digər problemlər yaratmaması üçün günorta qızmar günəşli və axşam saatlarında istifadə edilməməlidir

Siqaret kötüyü böcəklərə qarşı istifadə oluna bilən bir vasitədir. Siqaret kötüyü, kül və tütün torpaqda yaşayan böcəklərin xoşlamadığı qoxulu şeylərdir. Bu səbəbdən torpağına bir neçə siqaret kötüyü ataraq böcəkləri bitkinizdən uzaqlaşdıra bilərsiniz.

Daha təsirli bir dərman hazırlamaq üçün bir miqdar su dolu şüşəyə yığa bildiyiniz qədər çox sayda siqaret kötüyü yığın və bir neçə gün gözləyin. Ardından az-az bitkinin torpağına tökün.

Pomidor insektisid olaraq istifadə edilə bilən bir tərəvəzdir. Pomidorun yarpaqlarını incə doğrayın və eyni miqdarda suyun içərisinə ataraq 24 saat gözlədin. (2 qəhvə fincan doğranmış yarpaq üçün 2 qəhvə fincan su) Ertəsi gün, əvvəlki vaxtla eyni miqdarda su əlavə edin və yarpaqlarla birgə torpağa tökün.

Sarımsaq ilə də həşəratları qaçıra bilərsiniz. Bunun üçün sarımsağın qabığını soyub bitkinin torpağına bir neçə əlavə edə bilərsiniz. Əgər ağ ağcaqanad və ya qırmızı hörümçəklərlə mübarizə aparırsınızsa 1 diş sarımsağı yaxşıca əzin, bir çay qaşığı çiçək yağı və 1/4 çay qaşığı toz qırmızı bibər ilə qarışdırın. Ancaq bibər acı olmalıdır. Sonra qarışığa 1 stəkan su əlavə edin və 24 saat gözləyin. 24 saatın sonra hazırladığınız qarışığı 1 litr suya əlavə edin və sprey şüşəsi ilə bitkinizin hər yerinə tətbiq edin.

Yarpaq yeyən kəpənək tırtılı ilə mübarizə olduqca çətindir. Bazarda bir çox tırtıl dərmanı var, ancaq kimyəvi tərkibli olmayan, tırtılları öldürmədən bu problemi həll edə biləcək dərman tapmaq olduqca çətindir. Sarımsaq qarışığı spreyi tırtıllara qarşı mübarizədə istifadə edə bilərsiniz.

Duz spreyi istifadə edərək qırmızı hörümçəklərlə mübarizə edə bilərsiniz. Bununla bağlı 4.5 litr suya 2 dolu yemək qaşığı duz əlavə etmək, yaxşı silkələmək və spreylə bitkiyə tətbiq etmək məsləhət görülür.

Acı toz bibər böcəklər ilə mübarizədə çox tez-tez istifadə edilən maddədir. İsti su içərisində saxladığınız toz qırmızı bibəri soyudun və bir miqdar su ilə zeytun yağı əlavə edin. Bundan əlavə, təbii, toz sabunu əlavə edərək dərmanı gücləndirə bilərsiniz. Bitkilərin yarpaqlarına və gövdələrinə çiləyərək istifadə edin.

dibçək agroexpert.az
Dibçək diblərində olan soxulcanlardan necə xilas olmaq olar?

Dibçək birkilərində də soxulcanlara rast gəlmək mümkündür. Soxulcanların torpağa da, bitkinizə də bir zərəri yoxdur. Ancaq xüsusilə evin içində bəslədiyiniz bir bitki qabında olmasın deyirsinizsə bu təbiidir. Bundan azada olmaq üçün sizə bir neçə məsləhətimiz var.

Soxulcanları dibçəkdən tək-tək çıxarıb buraxa bilərsiniz. Amma bunu edə bilmirsinizsə dibçəklərinizi balkon və ya həyətə qoyun və aşağıdakıları dərman və üsullardan istifadə edin.

Bir miqdar tərəvəz və meyvə parçasını qurudun, sonra bu qurutduğunuz artıqları əzin ya da toz halına gətirin. İsti bir mühitdə 2 günə qədər gözlədin. Belə yolla bu qurudulmuş parçalar çürüyəcək. Ara sıra su səpərək çürüməyi asanlaşdırın. İşıq düşməyəcəyi bir saatda bitkinin torpağına qatın. Ən azı 5 saat gözlədin. Soxulcanların torpaq səthinə gəldiyini görəcəksiniz. Bu şəkildə onları bitkinizdən ayıra bilərsiniz.

Bir digər təsirli və sağlam üsul çox soyuq olmayan yağışlı bir gündə dibçəyinizi yağışın altına qoymaqdır. Qurdlar onlar üçün daha rahat bir yer tapmaq üçün bitki qabınızı tərk edəcəklər.

Qeyd edək ki, evdə hazırlanan dərmanların tərkibində kimyəvi maddələr yoxdur, buna görə onların təsiri üçün vaxt tələb olunur. Buna görə səbr etməlisiniz.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669