Bölgələrimizdə payızlıq əkin işləri davam edir

Azərbaycanın bölgələrində payızlıq əkin işləri tam sürətlə davam edir.

Sabirabad

Sabiradabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən  bildiriblər ki, sabirabadlı taxılçılar ötən ilin payızında 25 min 148 hektar sahədə taxıl əkiblər. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 39 min 510, buğda zəmilərindən isə 64 min 378 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən ümumilikdə 103 min 888 ton taxıl əldə edərək, hər hektarın məhsuldarlığını 41.3 sentnerə çatdırıblar.

Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 7 min 656.6 hektar sahədə səpin aparıblar ki, bunun da 1905 hektarı buğda, 5 min 749 hektarı isə arpadır. Gün ərzində 200-250 hektar sahəyə toxum səpən əkinçilər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.

payızlıq əkinlər agroexpert.az

Qəbələ

Qəbələ rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 3200 hektarı arpa, 2700 hektarı buğda olmaqla 5900 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 19,5 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Sektor müdiri bildirib ki, payızlıq dən bitkilərinin səpini üçün indiyədək 19,2 min hektar sahədə şum qaldırılıb. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 4 min tondan çox yüksək reproduksiyalı toxum fondu yaradılıb.

Rayonun təsərrüfatlarında tütün yığımı da davam edir. Builki mövsümdə qəbələli fermerlər 35 hektarda tütün yetişdiriblər. İndiyədək sahələrdən 165 ton yaş tütün yarpağı dərilib və yaşıl kütlədən 16,5 ton quru tütün istehsal olunub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669