İribuynuzlu heyvanlar

Bordağ heyvan biznesi

Allah insanı yaratmamışdan öncə ruzisini yaradıb deyirlər. Şübhəsiz bu nemətlərdən ən “böyüyü” elə iribuynuzlu heyvanlardır. İribuynuzlu heyvan biznesinin iki əsas istiqaməti var: Südlük və ətlik. Bu elə biznesdir ki, heyvana ot verirsən, o isə onu bahalı ətə və ya südə çevirir. Burda heyvanın cinsi, yaşı və sağlamlığı önəmlidir. Həmçinin ən başda bunu qeyd edim ki, bu biznesdə ən vacib məsələ ucuz yem təminatıdır.  Bordağ  heyvan biznesi qısaca təsvir edib daha sonra detalları maddə halında yazacam.

Bordağ heyvan biznesi

Normal yemləmə zamanı yerli heyvanlar gündə 600 q, cins heyvanlar isə 1100-1200 q çəki artımı verir. 5-8 aylıq heyvan alıb, 3 ay və ya 10 ay saxlayıb satırsınız. Gündə 1 kq çəki artımı, 50% təmiz ət çıxımı ilə 5 Azn qazanc deməkdir. Günlük yem xərci 2 azn hesablansa bordağ heyvanı bir gündə 3 azn qazanc deməkdir. 3 ayda qazanc 200-300 Azn arasındadır. Yəni 10 heyvan alıb, 3 ay tövlə şəraitində saxlayıb yaxşı yemləsəniz (yemi də ucuz təmin etsəniz) sonda 2-3 min qazanc əldə edəcəksiniz. Bordağ biznesi illik 30% rentabelliyi olan biznes ideyadır.

Burda qeyd edim ki, heyvanın ın yaxşı çəki yığma dönəmi 6-15 aydır. Aylara görə yemləmə və böyümə rəqəmləri ilə bu məqalədə tanış ola bilərsiniz.

Ətlik heyvandarlığın püf nöqtələri

Yerli yoxsa cins heyvan: Nəzərə alsaq ki, yerli heyvanlar günlük 600 q, cins heyvanlar 1200 q artım verir, o zaman cins heyvan böyütməyin daha sərfəli olduğunu düşünmək olar. Amma yerli heyvan iqlimə uyğunlaşıb, daha ucuz almaq olur. Gürcüstandan gətirilmiş ağqulaq təriflənir bu iş üçün. Yerli heyvanla cins heyvanın mələzi də bordağ üçün uyğundur. Ətlik cins heyvanlar haqqında bu məqalədə geniş yazmışıq.

Bordağ heyvan biznesi

Öküzlər harda saxlanmalıdır: Öküzləri qapalı tövlədə, hərtərəfi çəpərlənmiş açıq yerdə və ya otlaqda da saxlaya bilərsiniz. Bunları bərabər də tətbiq edə bilərsiniz. Tövlə iqlimə uyğun tikilməlidir, heyvan başına hesablanmalıdır. Dinlənmə yerində bir heyvana 1,5-2 m²,  gəzinti yerində isə 3,5-4 m² yer hesablanmalıdır. Peyin üçün yer ayrılmalıdır, bu çuxur şəklində ola bilər. Bir heyvan gündə 25-30 kq peyin ifraz edir.

Hansı heyvanlar seçilməlidir: Yerli heyvan 2, cins heyvanlar 1 yaşında bordağa bağlanır. Erkək heyvanlar dişilərdən daha tez çəki yığır. Dərin, geniş, uzun gövdəli, qısa boyunlu, kiçik başlı, geniş və düz kürəyi olan heyvanlar bordağ üçün uyğundur.Seçiləm heyvan gənc, dişləri sağlam, sağlam, dərisi incə, parlaq olmalıdır. Bordağa qatacağınız heyvanları 5-10 gün karantinada saxlayıb sürüyə qatın ki, varıdırsa xəstəlik bulaşdırmasın.

Bordağda heyvan neçə gün saxlanır: 3 cür heyvan yetişdirmə növü var.

  • Qısa müddətli: 120 gün
  • Orta müddətli: 120-220 gün
  • Uzun müddətli: 220 gündən çox

Yemləmə 2 cür olur. Tam yemləmə zamanı heyvanın hər 100 kq diri çəkisinə1,5-2 kq yem verilir. Başda az verilir, 10 gün sonra normal rasion verilir. Bu sayədə heyvan daha tez ət tutur. Bəzən yemləməni məhdudlaşdıra da bilərsiniz.

Qısa bir hesablama ilə bordağ heyvan biznesi

Bazardan 200 kq-lıq heyvanı, kq-ı 5 azn-dən aldınız. 

  • Bu edir 1000 Azn
  • Günlük yem xərci: 2 Azn
  • 300 gün üçün yem xərci: 600 Azn
  • Günlük 1,1 kq çəki artımı, 300 gün sonra heyvanın çəkisi: 530-550 kq
  • 52% ət çıxımı ilə 286 kq təmiz ət əldə edirik
  • Ətin topdan satış qiyməti 8-9 Azn-dən: 2500 Azn əldə edirik
  • Burdan yem xərci və mayanı çıxsaq: 2500-600-1000=900 Azn edir

Yəni 10 ayda bir heyvandan 900 Azn təmiz qazanc əldə edirsiniz.

Mənbə.

2 COMMENTS

  1. Samir Rahimov
    Əslində kağız üzərində hesablamalar düzdü.amma yan faktorlar nəzərə alınmalıdı.anomal istilər heyvandarlığın belini qırdı.yemləmə gedir amma kökəlmə yoxdu.aranda hər həftə mal yuyulmalıdı.xərclər çoxdu.satışlarda problem artıq başlayıb..yem çox bahadı.amma ənənəvi sahədi
    İnfrastruktur buna qurulub.məşğul oluruq

  2. Bordag heyvan: 200 kq-liq danaya günlük yem rasyonu:
    Seher: 2 kq unlu kepek+1 kq pambiqli çiyid+2,5 litr su qarisdirib verilir.
    Qabaginda 300 qram ot atilir.
    Daim duz olmalidir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!