Bostan bitkilərinin əkimi

Mövsumu gəldikdə  bostan bitkiləri ən yeməli meyvələrdəndir. Qarpız, qovun, balqabaq və şamama əkilməsi və becərilməsi bənzər şəraitlər tələb edən çox dadlı qovun növləridir.

Bu bitkilər isti havalarda, bol günəş və vaxtında sulanan torpaqda böyüyür. Lazım olan şəraiti yaradıb, tələb olunan qulluğu göstərdikdə bol məhsul götürmək mümkündür.

Bostan bitkilərinin becərilməsi üçün bunlara diqqət edilməli
agroexpert.az bostan əkinçiliyi

Əkim üçün günəşli bir yer seçin. Fidanların gün ərzində tam günəş və bol isti görə biləcəyi bir yer seçin. Əkinə başlamazdan əvvəl temperaturu 21˚ dərəcə yuxarı olmalıdır, əks halda toxum cücərməyəcək.

Əkindən əvvəl torpağınızı gübrələyin. Toxumları sıx olmadan bitkiyə görə müxtəlif dərinliklərdə əkmək lazımdır. Və əkimdən bir müddət sonra təkrar gübrələmək olar. Hər açılan yerə 5-6 toxum qoyun. Əkin bitdikdən sonra suvarın.

Əkindən əvvəl və əkindən bir müddət sonra həmin sahəni yabanı otardan təmizləmək lazımdır. Toxumları daha əvvəldən ev şəraitində bir qaba əkə bilərsiniz. Hava isindiyi zaman çıxan bitki şitillərini hazırladığınız sahəyə əkə bilərsiniz.

Bostan bitkiləri əkilən sahədə sələf bitkilərin qalıqları təmizlənəndən sonra 25-30 sm dərinlikdə doldurma şumu edilir. Şum altına 20-30 ton peyin və 250-300 kq superfosfat verilir.

Səpinqabağı becərmə zamanı torpağın vəziyyətindən asılı olaraq o, 0,15-20 sm dərinlikdə yenidən şumlanmalıdır. Sonra cərgələr və su kanalları açılmalıdır.

Qış bitdikdən sonra yazın axırlarında əkin başlayır. Hava şəraiti mülayim olan bölgələrdə əkin may ayının sonu – iyunun əvvəlində başlanmalıdır. Havanın yenidən soyuması riski varsa fidanları əkməyin. Hətta əkimdən əvvəl torpağın qurumasını da gözləməlisiniz. Əkdiyiniz yerlərdə suvarmaq üçün arxlar açın. Meyvələrin böyüdüyü zaman yer tutacağını nəzərə alın.

Yay aylarında bostan bitkilərini hər 2-3 gündən bir dəfə sulayın. Bostan bitkilərini həftədə ən azı 2-3 dəfə suvarılır, hava çox isti və quru olarsa, onları daha çox  suvarılacaq.  Bostanların yetişməyə başladığı müddətdə bitkilərinizi daha az suvarın, çünki bu, meyvənizin daha çox ləzzətli və şirinliyini daha gözəl edir

Toxumun torpağa səpilməsi 
toxum istehsalçılarına subsidiya

Qarpız bitkisində səpin cərgə və lent üsulu ilə aparıla bilər. Cərgəvi üsulla səpin sxemi 2,1×0,8-1,0 m-dir. Toxumun hər hektara səpin norması sortlardan asılı olaraq 2,0-4,0 kq-a qədərdir. Toxumlar 4-5 sm dərinliyə basdırılmalıdır.

Yemiş bitkisində də səpin cərgəvi və ya  lent üsulunda aparıla bilər. Cərgəvi üsulla cərgəaraları 1,4 m, cərgədə bitki araları isə 0,7 m olur. Lent üsulunda səpin aparıldıqda lent araları 2,1 m, lentdə cərgəaraları 0,7 m, cərgədə bitki araları da 0,7 m-dir. Hektara səpin norması 2-3 kq-dır. Toxumlar 2-3 sm dərinliyə basdırılır.

Səpini mərkəzi Aran rayonlarında aprelin 10-dan 15-dək, Quba-Xaçmaz bölgəsində aprelin 25-dən 30-dək, dağətəyi rayonlarda mayın 1-dən 15-dək Abşeron yarımadasında aprelin 20-dən mayın 20-dək aparmaq lazımdır.

Bitkilərə normal qida sahəsi yaratmaq üçün 4-5 yarpaq əmələ gəldikdən sonra seyrəltmə aparılır və hər yuvada 2 ədəd sağlam və güclü bitki saxlanılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!