Boymədərənin faydaları – 10 əsas faydası

Mülayim iqlim qurşağında yetişən və 100-dən çox növü olan boymadərən mürəkkəbçiçəklilər fəsiləsinə aid bir bitkidir. Gövdəsi düz, yarpağı neştərşəkilli, çiçəkləri ağ, sarı və ya çəhrayı, çiçək səbətcikləri qalxanvari formadadır.

Boymədərən dünyada ən qədim zamanlardan istifadə olunan dərman bitkilərindən biridir və müxtəlif loğmanlar tərəfindən şəfa mənbəyi kimi istifadə edilib. Dərman bitkiləri boymadərən müxtəlif xəstəliklərə müalicəvi təsiri olduğu bilinir və  təbii müalicə kimi tövsiyə olunur. Həm də boymadərənin faydaları yalnız yaraları sağaltmaq deyil.

Bu yazımızda sizlərlə çoxistiqamətli dərman bitkisi olan boymadərənin faydaları nələrdir, nələrə müsbət təsir edir, necə istifadə edilir, boymadərən çayının faydaları nədir  suallarına cavab təqdim edəcəyik.

boymadərən bitkisi agroexpert.az

Birinci Dünya Müharibəsinə qədər boymadərən yaraların müalicəsində və ağrıların aradan qaldırılmasında istifadə edilib.

Əslində hər bir orqana faydalı olan boymadərənin yarpaqları, gövdəsi və çiçəkləri həm qida olaraq istehlak edilir. Həm də birbaşa dəriyə tətbiq oluna bilər.

1. Yaraları sağaldır

Boymadərənin tərkibindəki komponentlər yara yerindən axan qanın laxtalanmasını asanlaşdırır. Beləliklə yaralar tez sağalır. Bundan əlavə, bu bitki təbii antiseptikdir, bu xüsusiyyət yaralara infeksiya yoluxmasına mane olur.

Üstəlik zədələnmiş toxumanın bərba olmasına kömək edir. Bu səbəblə boymadərən bir çox yara məlhəminin hazırlanmasında əsas tərkib hissəsi kimi istifadə olunur.

2. Bakteriya və viruslarla mübarizə aparır

Boymadərən qrip və soyuqdəyməyə səbəb olan viruslarla effektiv mübarizə aparır. Ayrıca ekspektorandır(bəlğəm sökücü), bronx və burun tutulmasını açır, öskürəyi aradan qaldırmağa kömək edir.

Bundan əlavə, yaxşı bir qızdırma dərmanı olan boymadərən xəstəni tərlədir, bədəndən toksinləri çıxarır və bədən istiliyini aşağı salır. Bu ot eyni zamanda sidik istehsalını və axınını tənzimləyən, sidik vasitəsilə bədəndən artıq maye və toksinləri çıxarmağa kömək edən təsirli bir dərmandır.

3. Həzm sistemini tənzimləyir

Çobanyastığı ilə hazırlanmış bir boymadərən çayı içmək qaz, şişkinlik və köpmə kimi mədə xəstəliklərini aradan qaldırır və qidaların həzmini asanlaşdırır.

Boymadərən çayı öd daşlarının meydana gəlməsinə də mane olur. Bundan əlavə, onun anti-septik və anti-inflamatuar xüsusiyyətləri ishal, qida zəhərlənməsi, qastrit və enterit kimi problemləri yaxşılaşdırmağa kömək edir.

4. Qadın xəstəliklərinə dərmandır
boymadərənin faydaları agroexpert.az

Boymadərənin qadın xəstəliklərinə qarşı çox keyfiyyətli təsiri var. Uşaqlıq və yumurtalıqda bir çox problemin müalicəsinə kömək edən boymadərən menstrual ağrıları yüngülləşdirmək xüsusiyyətinə malikdir. Həmçinin menstrual dövrü tarazlaşdıran, menopoz əlamətlərini azaldan və yumurtalıq xərçəngi riskini azaldan sterol tərkiblidir.

5. İltihab əleyhinə xüsusiyyətlərə malikdir

Oynaq ağrısı, artrit, revmatizm və digər xəstəliklərin müalicəsinə kömək edən yaxşı bir iltihab əleyhinə vasitə olması boymadərənin faydalarındandır. Qaraciyəri də təmizləyən bu vasitə ümumiyyətlə bədəni zərərsizləşdirir.

6. Diş ağrısını kəsir

Bu bitkinin yarpaqlarını çeynədikdə diş ağrısını aradan qaldırmağa kömək edir.

7.Yuxusuzluğu aradan qaldırır

Boymadərən çayı sinir sistemini stimullaşdırır, narahatlığı aradan qaldırır, rahat və dərin yuxuya kömək edir.

8. Yüksək təzyiqi tənzimləyir

Boymadərən çayı ürək-damar sistemindəki hipertoniya və təzyiq əlamətlərini aradan qaldıracaq xüsusiyyətlərə malikdir. Stress hormonlarını azaltmaqla zehni də sakitləşdirir.

9. Dəri xəstəliklərini müalicə edir

Bir təcrübədə 23 nəfərin dərisinə natrium lauri sulfat məhlulu istifadə edilərək qıcıqlandırıldı. Bu qıcıqların müalicəsi üçün boymadərən yağı 7 gün hər səhər və hər axşam tətbiq olundu. Nəticədə yağ dərinin pH səviyyəsinə, nəmləndirməsinə və dərinin qızarmasına görə müsbət təsir göstərdi.

Bundan əlavə boymadərən yağı dəridə olan qırışların aradan qaldırılması və məsamələrin kiçilməsində çox təsirli vasitədir.

Boymadərən tərkibli dəriyə qulluq məhsulları ekzema, sızanaq və səpkilər kimi problemlərin müalicəsində istifadə edilə bilər, belə ki, boymadərən otu hüceyrələrin yenilənməsi üçün çox təsirlidir.

10. Antiseptik vasitədir

Boymadərən bitkisi və yağı ən güclü antiseptiklərdəndir. İnfeksiyalara qarşı mübarizədə unikal təbii bir dezinfeksiyaedici rolunu oynayır. Bədəni infeksiyaya səbəb olan bakteriyalardan qorumaq üçün bir qat meydana gətirir.

Boymadərənin tərkibindəki efir yağının güclü antiseptik təsiri var, yaralara tətbiq edildikdə bakteriyaları tamamilə məhv edir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!