Brama cücələrin saxlanması və böyüdülməsi
Sağlam cücə yetişdirmək yaxşı yumurta seçimindən başlayır.
Cücə çıxarmaq üçün ayrılan yumurtalar 4-5 gün saxlanmalıdır (max 10 gün). Bu yumurtalar üfüqi vəziyyətdə karton yada təmiz qabda saxlanılır. Saxlanc yerində hava təmiz, tempratur 5-10 dərəcə olmalıdır. 2-3 gündən sonra yumurtalar fırladılmaılıdır.
Hər yumurta inkubasiya üçün yararlı deyil.
Yumurtalar:
- Çox kiçik və ya çox böyük
- Şara bənzər, armuda bənzər
- Çox nazik və ya qalın qabıqlı
- Ləkəli olmamalıdır.
Yumurtalar çirkli olmamalıdır. Yusanız da qabığın müdafiə təbəqəsini zədələmiş olarsınız. Bu şərtlərə əməl edərək yumurta seçimi yaxşı effekt verəcək.
Yemləmə
Yem brama cücələrin saxlanması zamanı ən vacib faktordur. Brama cücələri çıxan kimi yemləmək lazımdır. Yem sağlam və keyfiyyətli olmalıdır. Bramalar da zülala ehtiyac duyurlar. Gün rejiminə riayət edin. (Şəkildəki kimi). Təmiz su hər zaman əlçatan olmalıdır.
İlk 3-5 gün: 25-30 cücəyə bir xırda doğranmış yumurta hesablanıb, bişmiş buğda yada qarğıdalı kaşası və yonca ilə qarışdırılaraq verilir.
5-ci gün: yumurta rasiondan çıxarılır və kəsmik, qaynadılmış ət əlavə edilir. Sıyıq 12-ci gündən sonra verilmir, əvəzində nəm qarışıq hazırlanır. Gündə 2-3 dəfə kombikorm və göyərti qatıqla, ət suyu (olmasa su) ilə isladılıb verilir. Yemə toz təbaşir, çınqıl, balıqqulağı, balıq vəya ət unu, bişmiş yumurta qabığı əlavə edilir. Yemə çınqıl mütləq qatın. Həzmə kömək edir. Hazırlanan yemi çox saxlamayın, turşuyur və cücələri zəhərləyə bilir. Yem cücə başına 30-40 qram hesablanır. Cücələrin həzmi üçün təzə qatıq, kefir çox faydalıdır.
51-ci gündən etibarən: doğranmış buğda bütöv buğda ilə əvəzlənir. Kombikormu isə doğranmış taxıl ilə əvəz edirlər. Hər yemləmədən sonra cücələrin zobunun dolu olub-olmadığını yoxlayın. Zobu tam dolmayan cücələrə əlavə kəsmik, yaxşı bişmiş yumurta və ya kök verilir.
Brama cücələrin saxlanması
Qeyd edək ki, brama cücələrini digər cinslələ bir saxlamamaq lazımdır, yoxsa o biri cücələr ac qalır. Cücələrin ilk günündə işıq 24 saat verilir, daha sonra hər gün 1 saat azaldılaraq 8 saata düşürülür.
Həmçinin brama cücələrin saxlanması zamanı hinin quru, isti, yel çəkməyən, təmiz havalı olması vacibdir.
Tempratur rejimi:
- İlk 5 gün: 29-30°С
- 6-10 gün: 26-28°С
- 11-20 gün: 24°С
- 21-30 gün: 21°С
- ay sonu: 18°С
Sağlam cücə böyütmək üçün 10 qayda ilə bu məqalədə tanış ola bilərsiniz.
Mənbə: brama.su