xoruzunu qoltuğuna vermək
Quşlar

Brama toyuğu-qısa məlumat

Brama toyugu haqqinda qisa melumat

Brama toyuğu Malay və Koçin irqlərinin cütləşdirilməsindən alınan Asiya irqidir. Görüntüsü çox maraqlı, gözə çarpan və gözəl toyuqdur. Kiçik saqqalı, çox tüklənmiş və paçalı ayaqları, sakit görünüşü ilə ayırd edilir. Bu özəllikləri brama toyuqlarının soyuğa və istiyə davamlı olmasına səbəb olmuşdur. Ağır cins olsalar da gec böyüyürlər. İldə 100-120 yumurta verirlər.

Tarixi

Hindistanın “Brahmaputra” bölgəsinə aid bir toyuq cinsidir. İlk bramalar Hindistandan Amerikaya 1846-cı ildə gətirilmişdir. İlk bramalar 6,5 kq-a yaxın idilər, bugün isə bu çəkiyə çətin ki, çatan brama olsun. Bugün normal xoruzunun çəkisi 5 kq-a kimidir. Dişi isə 4 kq-a yaxın olur. Amma brama toyuqlarının fərqli rəngli cinslərini əldə etdikcə çəkisi də artmışdır.

Brama toyuğunun özəllikləri

Sakit və dostyanadırlar. Hində rahat qalırlar. Hər şeydən qorxmazlar. Xüsusən balalarınıza heyvan sevgisi aşılamaq üçün yaxşı variantdırlar. Hər kəsin əlindən yemlənə bilərlər. Bir də çox şeylə maraqlanan heyvandırlar. Xəstəliklərə dözümlü cinsdir. Bugün bramanın aşağıdakı rəngləri var olduğu qəbul edilir:

dark, light, buff, black, blue, partridge, crele, barred 

Toyuq rənglərinə ətraflı burdan baxa bilərsiniz.

Satış

  • Brama toyuğunun yumurtası 2-3 Azn-dir. Cütünü isə 50-100 Azn-ə satmaq mümkündür. Əlbətdə daha baha vəya daha ucuz bramalar da tapmaq olar.
  • 6 aylıq ikən yumurta verməyə başlayır. İnkubasiya dövrü 21 gündür. İldə 120-180 yumurta verirlər. Yerləri isti olsa il boyu artım verə bilərlər.

Mənfi cəhətləri

  • Brama instinktə sahib toyuq cinsidir, amma kürd yatmaq üçün istifadə etmək tövsiyyə edilmir. Çəkisi ağır olduğu üçün yumurtaları əzə bilirlər. Yumurtaları başqa toyuqların altına qoya bilərsiniz, ya da inkubatora.
  • Cücələri gec böyüyür. Dözümlü heyvan olsa da cücələrin 70%-i sağ qalır.

Saxlanması
agroexpert_brama

  • Yuvanın hündürlüyü minimum 40 sm, eni 30 sm olmalıdır.
  • Hin işıqlı, quru olmalıdır və  yel çəkməməlidir. Günlük işıq 14 saatdan az olmamalıdır.
  • Brama soyuqdan qorxmur, ona görə hini qızdırmağa ehtiyac yoxdur. Ayaqaltına quru “opilka” yaxşıdır.
  • Mütləq eşələnib parazitlərdən qurtula bilmələri üçün qumluq, küllük yer düzəldin.
  • Gəzinti yeri olsun. Kiçik sahə də ola bilər.
  • Bu toyuqları xoruzsuz da saxlamaq olar. Amma bu halda yumurtalardan cücə ala bilməyəcəksiniz təbii ki. Bir xoruz 10-15 toyuğa hesablanmalıdır.
  • Gün ərzində 2-3 dəfə yemləyin.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!