Brazilyaya aqrokimyəvi məhsulların satışı: Avropa Asiyanı geridə qoydu

Avropa 2020-ci ildə Braziliyaya daha çox aqrokimyəvi məhsul satır.

Bu barədə news.agropages.com saytındakı məqaləsində AgroPages-in müxbiri Leonardo Gottems yazıb. Həmin məqaləni sizə təqdim edirik.

“Asiya qitəsindən aqrokimyəvi məhsulların idxalı, Braziliyadakı bazar payını itirib. Artıq Çindən alınan məhsullar 2020-ci ilin ilk rübündə 40% azalıb. Digər tərəfdən, Braziliyanın Secex (Xarici Ticarət Katibliyi) hökumətinə görə, Avropadan Braziliyaya ixracat genişlənməyə davam edir.

Yanvar-aprel ayları arasında Braziliya insektisidlərə, gerbisidlərə və funqisidlərə 590 milyon dollar vəsait xərclədi. Bu ilin yanvar-aprel aylarında Braziliya pestisidlərinin xaricdən satın alınma həcmi 64 min ton təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 % daha azdır.

2019-cu ildə Braziliyanın idxalı rekord səviyyəyə – 335 min ton aqrokimyəvi məhsula çatdı. Ümumilikdə 3 milyard dollar xərcləndi ki, bu da 2014-cü ilin göstəricilərindən azdır. Həmin il pestisid ixracına 3,4 milyard dollar həcmində vəsait sərf edilmişdi.

Çin və Hindistan keçən il Braziliyaya əsasən aqrokimyəvi maddələr satan iki ölkə idi.

Bununla birlikdə, 2020-ci ilin ilk dörd ayında bu “Asiya nəhənglərinin” satışları 28% azalaraq 199 milyon dollara düşdü. Çin pestisid satışı və ixracatını azaltdı və pestisidlərin satışı ümumilikdə 69 milyon dollara oldu ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 40 % daha azdır.

Sənaye ekspertlərinin fikrincə, bu məsələdə iki əsas faktor Çinin əleyhinə oldu. Bu faktorlardan birincisi Çin tərəfindən qəbul edilmiş yeni ekoloji standartlar ilə əlaqədar pestisid müəssisələrinin bağlanması və dayandırılması idi. İkinci – Çin bu il COVID-19 pandemiyası səbəbi ilə sənaye tıxanmasından əziyyət çəkən ilk ölkə oldu.

Çindən fərqli olaraq, Avropa, satışlarını 2020-ci ilin ilk dörd ayı ilə müqayisədə 10% artıraq 102 milyon dollara kimi çatdırdı..

Bu il Braziliyaya ən çox satış edən Avropa ölkələri Almaniya, Fransa, İspaniya və İngiltərə oldu. ABŞ da öz növbəsində bu il Braziliyadakı satışlarının sabitliyini 154 milyon dollar səviyyəsində saxladı.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107