Broylerlərin yetişdirilməsi zamanı edilən 5 SƏHV

Ev şəraitində broyler yetişdirmək adi cücələrin yetişdirilməsindən bir az fərqlənir. Buna görə də bu təsərrüüfatla məşğul olmağa yeni başlayan bəzi şəxslər ziyan görmələrinə səbəb olan bir sıra səhvlər edirlər.

Bu məqaləmizdə sizə ev şəraitində broyler yetişdirmək ilə məşğul olanların ən çox yol verdiyi 5 səhvdən danışacağıq.

İlk həftədə düzgün yemləməmək

Bir qayda olaraq, bir çox fermerlər cücələrin ilk həftəsində onları standart sxemə uyğun olaraq bəsləyirlər: qaynadılmış yumurta, taxıl, göyərti, bəlkə də kəsmiklə qidalandırırlar.

Broyler cücələrində isə ilk həftədə yemləmə fərqlənir.

Broylerlərin yetişdirilmə qaydalarına əsasən, elə ilk günlərdən  broylerlər üçün nəzərdə tutulmuş birləşdirilmiş yemlərdən istifadə etmək lazımdır. Belə yemlər dənəvər və ya əzilmiş taxıldan ibarət olur.

Temperatur normasının pozulması

Ənənəvi olaraq, yeni doğulmuş cücələri sayından asılı olaraq bir qutuda və ya bir otaqda yerləşdirirlər. Otağın və ya qutunun temperaturu +28-30 dərəcə aralığında olmalıdır.

Ancaq bu qayda doğuşdan etibarən daha az həssaslığa malik olan, təbiətə asanlıqla uyğunlaşan digər cinslərin cücələrinə aiddir.

Broylerlərin cücələri +32-34 dərəcə arasında daha yüksək bir temperatura ehtiyac duyurlar. Eyni zamanda, tədricən bir keçid etmək, yəni həftədə temperaturu 2-3 dərəcə deyil, yalnız 1 dərəcə azaltmaq tövsiyə olunur.

Toyuqların vəziyyətini daim izləmək lazımdır. Belə ki, temperatur çox yüksək olsa, onların iştahı azalacaq və bu onların sağlamlığı üçün birbaşa təhlükədir.

Həddindən artıq aktivlik

broyler agroexpert.az

Bütün cücələr kimi, broyler cücələri də aktiv ola bilər. Bu, təbiidir, lakin cücələrinin böyüyəndə daha iri olmasını istəyənlər bu aktivlik üçün şərait yaratmamalıdırlar.

Buna görə isə broyler cücələrini həddindən artıq aktiv həyat tərzi keçirə bilməyəcəkləri kiçik və məhdud bir yerdə saxlamaq tövsiyə olunur.

Su çatışmazlığı

Su cücələrin bədəninin əsasını təşkil edir.

Bütün hüceyrədaxili proseslərin, böyümənin, hüceyrələrin bölünməsi, toksinlərin yuyulması və bədənin təmizlənməsi üçün vacibdir.

İlk həftələrində cücələr əsasən su olmaması səbəbindən əziyyət çəkirlər. Cücələrin çoxu bu səbəbdən ölür. Qalanları isə inkişaf və çəki almaqda problem yaşaya bilər. Buna görə də sutka ərzində  cücələri içməli su ilə təmin etmək lazımdır.

Profilaktik tədbirlərin görülməməsi

Xəstəliklərin qarşısının alınmaması və ya onlara yetərincə əhəmiyyət verilməməsi fəlakətli nəticələrə səbəb olur.

Cücələri yalnız peyvənd etmək kifayət deyil. İlk günlərdən onlara salmonellyoz və pasterellyozdan kütləvi ölümün qarşısını alan, həmçinin digər təhlükəli infeksiyalardan qoruyan antibiotiklər verilir.

Bundan əlavə, vitaminlərə, xüsusən immunitetin güclənməsinə kömək edən askorbin turşusuna ehtiyac duyulur.

Broyler cücələrinin yetişdirilmə texnologiyasını bilmək və bütün qaydalara dəqiq əməl etməklə, kiçik xərclərlə yüksək məhsuldarlıq əldə edə bilərsiniz.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669