Brüssel kələmi

Bu tərəvəzdən hər kəs bolluca istifadə edə bilər. Hətta artıq çəkidən əziyyət çəkənlər də …

100 qram kələmdə olan qida dəyəri. brüssel kələmi haaqında
– Zülallar – 4,8 qram
– Yağlar – 0,3 qram
– Karbohidraatlar – 3,1 qram
– Su – 86 qram
– Kalori – 43 kKal.

Mülayim iqlim qurşağında yetişdirilən bürüssel kələmi ikillik bitkidir. Kələm fəsiləsinə aiddir.

Niyə Brüssel kələmi adlanır?

Bu kələmi ilk dəfə belçika tərəvəzçiləri yetişdirilmişdir. Sonradan bu tərəvəz Fransada, Hollandiyada, Almaniyada yetişdirilmiş və dünyanın bir çox ölkələrinə yayılmışdır. İlk dəfə Kral Linney bu kələmi dəyərləndirmiş və ona brüssel kələmi adını vermişdir. Buna səbəb isə Brüssel kələmi 1750-ci ildə Hollandiyada Brüssel yaxınlığında aşkar olunaraq kələmin bir növü kimi təsvir olunmuşdu. Belçikalılar Brüssel kələminin ilk dəfə 1821-ci ildə becərildiyini israr edir və onu yerli məhsul sayırlar ki, bu, vafli, kasnı, pendirlər və Belçika biskvitləri ilə yanaşı onların ən çox fəxr etdiyi məhsuldur.brüssel kələmi - brusel kelemi

Rusiya torpaqlarında kələmin bu növü XIX əsrdə yetişdirilməyə başlanmışdır və iqlimə görə arzu olunan nəticə əldə edilməmişdir. Brüssel kələmindən ən çox Qərbi Avropa ölkələrində (ən çox İngiltərədə), Amerikada və Kanadada istifadə edilir.

Hazırda becərilən Brüssel kələminin növü şaxtaya dözümlüdür. Bu bitki 20-dən 75-ədək kiçik kələmlərdən ibarət olur, 1 metrə qədər böyüyür. Qida sənayesində bu tərəvəzin ən çox açıq yaşıl rəngdə olanlarından istifadə edilir. Onun dadı şirin qozun dadını xatırladır. Ölçüsü böyüdükcə isə dadı bir az dəyişilərək kələm zoğunun dadını xatırladır. 100 qram brüssel kələmində 43 kKalori var. Kələmi dondurucuda saxladıqda bu rəqəm 36-ya düşür.

Bəs bu kələmin faydaları nələrdir?

– Tərkibindəki A, C və E vitamini ürək xəstəlikləri, infarkt riskini azaldır.
– Brüssel kələmi ağciyər, mədə və yoğun bağırsaq xərçənglərinə yoluxma riskini aşağı salır.
– Potasium tərkibli olduğu üçün yüksək təzyiqi aşağı salır və təzyiqi normada saxlayır.
– Bədən müqavimətini artırır. İmmunitet sisteminin mikroblara daha davamlı olmasına kömək edir.
– Sümük əriməsinə, şəkər xəstəliyinə qarşı effektlidir.
– Diş və diş ətini sağlamlaşdırır.
– Hamiləykən brüssel kələmi yemək doğulacaq körpənin zəkasına müsbət təsir edir.

Tərəvəzlər haqqında daha çox öyrənək…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!