bu ərzaqları soyuducuda saxlamaq olmaz
Sağlam qidalanma

Bu 7 qidanı qətiyyən soyuducuya qoymayın!

Mağazadan və ya bazardan aldığımız bir çox qidanı xüsusilə dərhal istifadə etmədiyimiz ərzaqları  saxlamaq üçün soyuducu ən yaxşı seçimdir. Ancaq bəzi qidalar var ki, heç vaxt soyuducuya qoyulmamalıdır. Çünki bu qidaları soyuducuya qoysaq bir çox xüsusiyyətini itirir, həmçinin daha tez pozulur. Agroexpert.az hansı qidaları qətiyyən soyuducuya qoymamağı sizlər üçün araşdırıb.

Soyuducuda saxlamaq olmaz:

bu ərzaqları soyuducuda saxlamaq olmaz
1.Yetişməmiş banan

 Yetişməyən bananları soyuducuya qoymayın, yetişdikdən sonra qoymaq olar.

2. Çörək

Əslində təzəliyini qorusun deyə qoyulurdu, ancaq səhvdir. Əksinə, çörəyin içindəki nəmi  götürüb quruyub daha tez boyatlamasına səbəb olur.

3. Bal

Soyuducuya qoyulan bal kristallaşaraq dadı turşuyur. Balı ən yaxşısı otaq temperaturunda saxlayın

4. Kartof

Kartofu soyuducuya qoysanız içindəki nişasta donacaq və kartofa daha şirin bir dad verəcək. Buna görə kartofu otaq şəraitində saxlayın

5. Qəhvə dənələri

Qəhvə dənələri soyuducuya qoyulsa bütün ləzzətini itirər.

6. Avokado (amerikan armudu)

Avokado da eynilə bananlar kimi, yetkinləşmə mərhələsində soyuducuya qoymaq olmaz,ancaq yetişdikdən sonra qoymaq olar. Avokadonun yetişməsi otaq temperaturunda olmalıdır.

7. Ketçup

Mayonez üçün eyni şeyi deyə bilmərik. Ancaq ketçup soyuducuya qoyulmamalıdır. Səbəbi içindəki sirkədir. Sirkə bir müddət sonra soyuducuda pozulur və ketçupun dadını dəyişir.

Bu 7 yeməyi əsla isitməyin…

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!