Bu 7 yeməyi əsla isitməyin
Bir çox qidalar (xüsusən yağlar) təkrar isidildiyində toksik maddələr ifraz edir. Ona görə bu qidaları salat və ya soyuq şəkildə istifadə etmək daha risksizdir.
Bəlkə də israfın qarşısın almaq üçün evlərimizdə bu adət var, amma bəzi yeməkləri qətiyyən isitmək olmaz. Bəs artıq qalan yeməklər necə olacaq? Əslində qidaların saxlama qaydalarını biraz öyrənib adət şəklinə çevirsək, bu təhlükələri bizdən uzaq tuta bilərik.
Aşağıdakı qidaları qətiyyən təkrar isitməyin:
- Toyuq
Toyuğu soyuducuda saxlamaq problem deyil, çünki tez xarab olmur. Amma toyuğu mütləq ya təzə pişmiş ya da soyuq yeməlisiniz. Toyuğu təkrar isitdikdə protein tərkibi pozulur və həzm olunması çətinləşir. Məcbur qaldıqda azacıq qızdırmaq olar. - Göbələk
Göbələkdən bir çox yemək hazırlayıb yeyə bilərsiniz amma isidib yemək qida tərkibini pozulduğu üçün köp və qarın ağrısına səbəb olur. Artıq qalan göbələk yeməyini soyuq halda istifadə edin. - Kartof
Kartofu da uzun müddət saxlamaq mümkündür amma təkrar isitməyin. Təkrar isidərkən kartofun dadı pozulur, hətta zəhərli ola bilər. - İspanaq
Ümumiyyətlə bir çox tərəvəzdə nitrat olur. Bu maddə yüksək tempraturda nitritə çevrilir. Bu isə xərcəng başda olmaqla bəzi zəhərlənmələrə səbəb olur. Ona görə tərəvəzləri çiy yeyin. - Çuğundur
Çuğundurda da nitrat var. Onu da isitdikdə nitritə çevrilir. - Kərəviz
Əgər şorbanızda kərəviz varsa, vücudunuza verə biləcəyi zərərə görə təkrar isitməməlisiniz. Bunda da nitrat mövcuddur. Şorbanı məcbur isitməlisinizsə içindəki kərəvizləri çıxarıb sonra qızdırın. - Yumurta
Yumurtanı təkrar isitdiyinizdə tərkibindəki maddələr toksik şəklə çevrilir.
Yeməyəcəyiniz yeməkləri çox gözlətmədən soyuducuya qoyun. Sadəcə yeyəcəyiniz qədər isidin. Soyuducudan çıxaran kimi isidin və bu 65°-ni keçməsin. Çiy qidalarla qızdıracağınız yeməkləri bir-birindən uzaq tutun. (Bıçaq vəsair vasitəsilə belə təmas etməsinlər)