Bu bitki digər bitkilər üçün dərmandır

Bu günə qədər darçının bir çox faydasını eşitmişik, amma darçının bitkilərə də yararlı olduğunu bilirdiniz?

Modern.az a istinadən xəbər verir ki, dibçəkdə və həyətdə bitki yetişdirənlər üçün darçın istifadə etmələrini gərəkdirəcək beş səbəb var.

Bitkinin kökünün böyüməsini sürətləndirir.

Əgər yeni bir dibçəyə başqa bir bitki əkəcəksinizsə, kimyəvi maddə istifadə etməyinizə ehtiyac yoxdur. Əkəcəyiniz kökü darçına basdırın və elə əkin. Belələliklə, həm cibinizə qənaət edəcəksiniz, həm də tez bir zamanda kökün inkişaf edib böyüdüyünü görəcəksiniz. Bitki inkişaf edərkən göbələk təhlükəsi də aradan qalxacaq.

Bitkiləri sağaldır

agroexpert.az darçın - bitki dərmani darçin

Bəzən ən sevdiyimiz çiçəklərin yarpaqlarında çürüklərin  yarandığını görürük. Çürükləri yox etmək üçün darçını həmin  bölgələrə tökün. Bitki qısa zamanda əvvəlki vəziyyətinə qayıdacaq.

Həşəratları uzaqlaşdırır

Bitkilərinizə qarışqalar daraşırsa, onları darçınla uzaqlaşdıra bilərsiniz. Tək etməniz lazım olan, həşəratlar və qarışqalar zərər verdiyi bitkinin torpağının ətrafına çəmbər şəklində darçın tökməkdir. Bundan sonra həşəratlar bitkinin yanına belə yaxınlaşmayacaqlar.

Göbələk xəstəliyini  əngəlləyir

Bitkilərdə də göbələk xəstəliyinə rast gəlinir. Göbələk xəstəliyi olan bölgələrə darçın tökmək lazımdır. Göbələk bitkiyə torpaqdan keçibsə, torpağa da darçın tökmək lazımdır.

Xəstəlikləri öldürür

Bitkilər xəstələndikləri təqdirdə solurlar. Tamamilə əzilmiş halda 2 aspirin, bir yemək qaşığı darçın və yarım litr suyu qarışdırın. 12 saat boyunca gözlədin. Qarışımı daha sonra sprey şişəsinə tökün və bitkinizin üzərinə sıxın. Qısa müddətdə bitki yaxşılacaq. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!