Bu bitkilər evin havasını təmizləyir

Evinizdə olan texnoloji alətlərin ortaya çıxardığı zərərli qazların bitkilər vasitəsilə təmizləndiyini bilirdinizmi? Ev bitkiləri mühitin havasını təmizləmək və daha sağlam bir şəkildə yaşamağımızı təmin etmə xüsusiyyətlərinə malikdir. Mütəxəssislərin araşdırmasına görə, bəzi ev bitkiləri ev şəraitində olan zərərli kimyəvi maddələri sovuraraq zərərsizləşdirir. Agroexpert.az evinizin havasını təmizləyən ev bitkiləri haqqında məlumatı paylaşır.

bitkilər
Aloe Vera

Elektromaqnit dalğaları əmmək xüsusiyyəti olan aloe vera bitkisi antiseptik xüsusiyyətləri ilə də fərqlənir. Bol işıqda bitən bu bitki isti bir mühitdə daha sağlam böyüyür.

Bambuk palma

Az işıq sevən bambuk palması evdə istifadə edilən təmizlik məhsullarındaki kimyəvi maddələrin təsirini azaldır və daha sağlam bir mühit yaradır. Bu bitkini paltar yuduğunuz sahənin yaxınına yerləşdirməklə faydalana bilərsiniz.

Payızgülü

Bol işıqda bitən və bir çox evdə olan payızgülü bitkisi amonyak kimi zərərli maddələri udmaqda olduqca təsirlidir. Bu bitkini sərin bir şəraitdə saxlayaraq sağlam böyüməsini təmin edə bilərsiniz.

Fikus

Evlərin əvəzolunmaz bitkisi olan fikus bitkisi kimyəvi qazları əmir. Bol işıqda bitən bitki həmçinin 15 dərəcədən yuxarıda yaşayır.

Gerbera

Dekorativ çiçək kimi tanınan gerbera çox siqaret istifadə edilən mühitlər üçün ideal bir bitkidir. Siqaret tüstüsünü sovuran bu bitki aşağı işıqda yetişir və ev temperaturunda böyüyür.

Dəvə dabanı

Ən çox rast gəlinən bitkilərdən olan dəvə dabanı zəif işıq sevən bir bitkidir. Texnoloji alətlərin zərərli kimyəvi maddələrini udmaqda təsirli olan bitkini günəş şüalarından qoruyun.

İngilis sarmaşığı

Mühitin havasını pozan bir çox kimyəvi maddələrinin yox edilməsində təsirli olan İngilis sarmaşığı -yetişdirilməsi asan olan bitkilərdən biridir. Evi saatlar ərzində gigiyenik bir hala salan bu bitki, orta işıqda və 8 dərəcə üzərində yetişir.

Azaliya

Hamam və mətbəx təmizləyicilərinin kimyəvi maddələri üzərində təsirli olan azaliya bitkisi sərin mühitdə yetişir. Hamam və ya mətbəx yaxınlığında saxlanılması tövsiyə edilən bitki nəmli yerləri sevir.

Beşbarmaq

İşıqlı bir yerdə yetişən beşbarmaq bitkisi zərərli kimyəvi maddələri ev mühitindən 24 saatda təmizləyən bir bitkidir. Orta temperaturda yetişən bitki həmçinin geniş bir yerdə yerləşdirilməlidir.

Bitkilər haqqında digər məqalələri bu bölməmizdən oxuya bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673