Bu bitkilər saç tökülməsinin və ağarmasının qarşısını alır

İndiki dövrdə saç tökülməsi hər yaşda və hər mövsümdə yaşanan aktual problemlərimizdən biri olub. Bununla yanaşı kəpək və saçların ağarması problemini də yaşayırıq. Müxtəlif səbəb və təsirlərdən yaranan bu problemləri aradan qaldırmaq və ilkin yardımlar etmək üçün sizlərə bir neçə məsləhətimiz var.

Bir çox bitki növü var ki, onlardan düzgün və zamanında istifadə etsəniz bu bezdirici problemlərdən qurtula bilərsiniz. Bunlar hansı bitkilərdir?

Kəpək, saç tökülməsi və ağarması kimi problemləri aradan qaldıran bitkilərin siyahısı..
  • Böyürtkənin meyvələrini və yarpaqlarını qaynadıb çay hazırlayın. Sonra bu su ilə saçlarınızı yuyun. Nəticədə saç dibləri möhkəmlənəcək və saçlar canlanacaq.
  • Həmçinin çobanyastığı çayı (dəmləməsi) də saçlarınızı canlandıracaq və yumşaq edəcək.
  • Saçlarınızın möhkəmlənməsi və qaralması üçün qatırquyruğunu qaynadıb, saçlarınızı onunla yuyun.

Bunu da sınaqdan keçirə bilərsiniz: Qatırquyruğu, istiot nanəsi və palıd ağacının (hərəsindən 30 q) qabığını qatışdırın. Daha sonra onları, 1.0 litr suyla qaynadırıq. Qabın qapağını örtüb, soyumasını gözləyin. İlıq olduqdan sonra istifadə edin.

Saçınızdakı kəpəkdən xilas olmaq üçün çinar ağacının yarpaqlarından çay dəmliyin. İlıq hala gəldikdə bu su ilə saçlarınızı yuyun. Kəpəyi yox edəcək və saçlarınız əvvəlkindən daha canlı olacaq.

Gicitkan bir çox dərdin dərmanıdır. Bu bitki həm də tükləri hamar və parlaq edir. Bunun üçün isə gicitkanı qaynadın soyuduqdan sonra həmin su ilə saçlarınızı yuyun.

Saç tökülməsini dayandırmaq üçün vəzəri bitkisi çox faydalıdır. Bu bitki həmçinin kəpəyi də yox edir.

Bunu da sınaqdan keçirə bilərsiniz: Soğan qabığı və palıd ağacının qabığından hazırlanan həlim, saçların tökülməsinə imkan verməyəcək və onlara parlaqlıq verəcək. Hazırlamaq üçün soğan və palıd ağacı (hərəsindən 100 q) qabığından eyni miqdarda götürürük. 1 litr qaynar su əlavə edib zəif odda təxminən 1 saat saxlayırıq. Hazır olan qatışığı soyuduruq və istifadə edirik.

Codlaşmanın qarşısını almaq və kəpəyi yox etmək üçün digər bir bitkinin dəmləməsindən istifadə edə bilərsiniz. Bu qayınağacıdır. Qayınağacının yarpaq və cavan zoğlarını qaynadaraq saçlarınızı yuyun.

Kəklikotu dəmləməsini bir dəfə də içməkdənsə saçlarınızı yumaqda sınayın. Çünki kəklikotunu qaynadıb saçları yuduqda tüklər yumşaq olur və parlaqlaşır.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!