Bu il Balakəndə qarğıdalı istehsalının 45 min tona çatacağı gözlənilir

Builki mövsümdə Balakən rayonunda 7 min 515 hektar qarğıdalı sahəsinin məhsulunun yığılması nəzərdə tutulur.

Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 302 hektar artırılıb. Bir neçə gündür ki, təsərrüfatlarda qarğıdalı yığımına start verilib. Meşəşambul, Hənifə, Qazma, Şərif və digər kəndlərin ərazilərindəki təsərrüfatlarda ilk günlər 650 hektaradək sahənin məhsulu yığılıb. Hələlik hər hektardan orta hesabla 57-60 sentnerədək məhsul götürülür. Cari mövsümdə rayonda dən qarğıdalı istehsalının 45 min tona çatacağı gözlənilir.

qarğıdalı agroexpert.az

Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır. Ötənilki mövsümdə balakənli fermerlər 7 min 213 hektar sahədən 44 min 173 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,2 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1179 ton artıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669