Bu il İmişlidə 2500 metr uzunluğunda yeni su kanalı istifadəyə verilib

Cari ildə İmişli rayonunda 2500 metr uzunluğunda yeni suvarma kanalı çəkilib, 3 yeni nasos stansiya inşa edilib, həmçinin əkin sahələrində 3 və 4-cü suvarma işləri aparılıb.

Bunun üçün İmişli Suvarma Sistemləri İdarəsi gücləndirilmiş iş rejimində fəaliyət göstərir.

Agroexpert.az xəbər verir ki, İmişlidə əkin sahələrinin vaxtında və keyfiyyətli suvarılması üçün bir sıra işlər görülüb.

İmişli Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədovun sözlərinə görə, idarə 54 min 291 hektar əkinəyararlı torpaq sahəsinə xidmət edir. Əkin sahələrinin suvarılması üçün ümumulikdə 1177 kilometr uzunluğunda su kanalı və 23 nasos stansiyası var. Su nasos stansiyaları çayların qalxıb-enməsinə uyğun olaraq tənzimlənib. Nasoslar əsasən Kürətrafı sahədə quraşdırılıb ki, bunun da 5-i üzən su nasosudur. Həmçinin Araz çayı və iritutumlu su kanallarının sahilində də nasos stansiyaları çalışır.

Əkin sahələrinin suvarılması üçün Baş Muğan, Qızılarx, Boztəpə və digər iri kanalardan da istifadə edilir. Cari ildə suvarmanın yaxşılaşdırılması üçün bir sıra işlər görülüb. Belə ki, üç yeni stansiya tikilib, Böyük baza adlanan yerdə Ölcələr-Çahar Soltanmuradlı kəndlərinin əkin sahələrinin suvarılması üçün 1300 metr uzunluğu olan nov su kanalı istifadəyə verilib. Həmçinin Oruclu kəndi ərazisində keçən 1200 metr uzunluğunda yeni suvarma kanalı çəkilib.

Aparılan işlər sayəsində sakinlər əkin sahələrini vaxtında suvara biliblər. Rayonun ucqar kəndində pambıq becərən Elçin Quliyev söyləyir ki, əkdiyi 15 hektar pambıq sahəsini 3 dəfə suvarıb. Hazırda 4-cü suvarma işinə hazırlaşan fermer bol məhsul götürəcəyini deyir.

Fermer İlham Səfərov isə bildirib ki, Böyük baza adlanan sahə üçün yeni çəkilən su kanalı əkin işlərində canlanma yaradıb. Belə ki, çəkilən suvarma sistemi beton kanal olduğu üçün su sahələrə itkisiz gəlib çatır. Bunun sayəsində sahələrə vaxtında olmaq şərti ilə 3 dəfə su verilib.

İdarədən verilən məlumata görə, rayonda suvarma kanallarının lildən təmizlənməsi də daim diqqət mərkəzində saxlanılır. Bunun üçün əraziyə 22 texnika cəlb edilib, bu günə kimi 353 kilometrdən çox suvarma kanalnda da təmizlik işləri aparılıb. Həmçinin 94 qurğuda təmir-bərpa işləri görülüb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669