Bu il qurbanlıq qoyunu onlayn alacaqsınız

Bildiyimiz kimi iyul ayının 31- və avqust ayının 1-i tarixlərində bütün müsəlman aləmində Qurban bayramı qeyd ediləcək.

Qurban bayramında Kənd Təsərrüfatı Nazirliyinin nəznində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC onlayn satış yarmarkaları təşkil edəcək.

Agroexpert.az xəbər verir ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil edilən yarmarkalar qurbanlıq qoyunların onlayn satışını təmin edəcək.

qurbanlıq agroexpert.az

ASC-dən verilən məlumatda deyilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun olaraq yeni satış portal yaradılıb. COVİD-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin onlayn xidmətlərin daha çox təşviqi məqsədilə sifarişlərin onlayn qaydada həyata keçiriləcək.

Həmin yarmarkanın təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaqdır. Həmçinin azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödənəcək və bazarlarda yarana biləcək süni qiymət artımının, mövcüd karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısını alınacaq.

Bu məqsədlə yaradılan www.qurbanliq.kendden.az saytından qurbanlıq qoyun sifariş edə biləcəksiniz. Sifariş onlayn qaydada baş tutacaq. Qurbanlıq qoyunlar sahibkarlar tərəfindən Şimali Qafqaz regionundan satış üçün gətirilib.

Kəsim məntəqələrində bütün sanitar-gigiyenik qaydalara ən yüksək səviyyədə riayət olunacaq. Məntəqələrdə sabun və əl-üz yuma stansiyaları, dezinfeksiya dispenserləri quraşdırılacaq. Həmçinin xidməti personal xüsusi əlcək, maska və baş geyimində fəaliyyət göstərəcək. Qurbanlıqların kəsimi islami qaydalara uyğun həyata keçiriləcək. Vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək.

Qurbanlıq qoyunların sifariş qaydaları

Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar www.qurbanliq.kendden.az saytına daxil olun. Son tarix 31 iyul saat 00:00-dək qedy olunub. Bunun üçün həmin tarixi ötürmədən saytda verilmiş mövcud xanalar üzrə məlumatlarını qeyd edin. Və satış məntəqələrindən onlayn növbə götürün. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı seçməkdə sərbəstdirlər.

Qİymətlər və şərtlər

qurban-yarmarkaları-agroexpert.az_

Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək.

Qurbanlıq heyvanlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunacaq. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək.

Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna təsdiq bildirişi göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri ünvana yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı kəsilmiş formada hazır əldə edə biləcəklər.

Məntəqələr

Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt şəhərlərində aşağıda qeyd edilən satış mənqələrindən götürə biləcəklər:

1.       Nizami rayonu, Rizvan Teymurov küç. 21

2.       Nərimanov rayonu, Ağa Nemətulla küç., 45 nömrəli məktəbin yanı

3.       Nəsimi rayonu, 20 Yanvar küç. 243

4.       Binəqədi rayonu, 9 mikrorayon, Mircəlal küç. 41

5.       Binəqədi rayonu, Kazımovski 138 B

6.       Xətai rayonu, Məhəmməd Hadı küç., KTV-nin yanı

7.       Xətai rayonu, Gəncə pr. 148 A, Xəzər univermağının yanı

8.       Xətai rayonu, Lütfizadə küçəsi (Grand marketin yanı)

9.       Suraxanı rayonu, Sakit Qocayev küç. 90

10.   Sumqayıt şəhəri, Azərbaycan prospekti, 20-ci məhəllə (Əşya bazarının yanı)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!