Bu kənddən 10 ölkəyə ixrac var

Qloballaşan və çox müdhiş sənayeləşən dünyamızda modern insan damaq dadını itirir. Ona görə hər zaman qeyd edirik ki, köhnə reseptlərlə sağlam və GMO-suz, ləzzətli qidalar getdikcə rəvac tapacaq. 

Niğdede yapılıyor 10 ülkeye ihraç ediliyor...

Bir məqalə oxuyurdum. Niğdə kəndində bir əsnaf (iş adamı) Türkiyənin 45 bölgəsinə və 10 ölkəyə turşu ixracı edir. Və bütün bu tərəvəzi cəmi 65 hektar ərazidə əkir. İndi mən bu məsələyə əhsən deyirəm. Paxıllıq da eləmirəm. Amma əminəm ki, bizim də işgüzar insanlarımız bu cür iş qura bilər. Avropada, Rusiyada olarkən piştaxtalarda erməni məhsulları arasında tək-tük bizim brendləri də görmək çox qürur verirdi mənə.

Bildiyim qədəri ilə bizim xalqın da dadlı turşu reseptləri var. Saytımızda xiyar turşusu, sarımsaq turşusu haqqında maraqlı reseptlər yerləşdirmişik. İndi biznes ideya kimi kimsə bu işlə biraz böyük ölçüdə məşğul olsa yaxşı olar. Ola bilər kimlərsə edir. Olsun, yenə də bu bazarda çox tələb olunan məhsuldur.

Turşu ixracı

Turşu ixracı

Məsələn bu il bizdə sarımsaq çox ucuz oldu. Rusiyadakı dostlar isə deyir ki, bu il ruslar qışa yaxşı hazırlaşa bilmirlər. (Adətən ruslar yayda sarımsaq tutması qoyurlar qış boyu yemək üçün) ABAD da qablaşdırma və brednləşmə işində yerli fermerlərə dəstək durur. Məncə kiçik miqdarda riskə getməyə dəyər. Qəşəng brend adı ilə sarımsaq və digər tutmalar, turşular hazırlanıb Rusiya, İran, İraq, Gürcistan, Ukraynaya turşu ixracı edilə bilər. Yəni o Niğdəli kişi edirsə, siz də edə bilərsiniz. Onların turşusunun öz dadı var, bizimkinin də özünə xas. Məsələn, bizdə şans var ki, burda yaşayan ruslara sarımsaq turşusu hazırladaq, bu isə Rusiyadakı alıcıların damaq dadına daha yaxın olacaq. Onu da qeyd edim ki, türklər göbələk tutmasını da yaxşı biznesə çevirə biliblər.
Yazıma etiraz edən də ola bilər, nağıl hesab edən də. Amma millətimin vərdiş və bacarıqlarının fərqindəyəm. Sadəcə bütün bunların daha yaxşı dəyərləndirilməsi niyyət və arzusundayam.

Dünyanın ən yaxşı əncir mürəbbəsi, bəhməzi bizdədir, google axtarış verirsən bədnam qonşularımızın brendləri gəlir ancaq. Nöhün?…

Digər maraqlı biznes ideyalar üçün saytımızın bu bölməsinə baxmağınızı tövsiyyə edirik…

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669