Bu qidalar beynin dostudur

Bir çoxumuz unutqanlıq, müvazinət çətinliyi kimi şikayətlər edirik. Bu şikayətlərin qarşısını almaq və qocalıq dövrlərinə fəal bir zehinlə girmək üçün qidalardan kömək ala bilərsiniz.

qidalar

Orqanizmimizin maestrosu beynimizin yaxşı işləmək, daha sürətli öyrənmək, unutqanlıq və cəmləşdirmə probleminin qarşısını almaq üçün hansı qidaları istifadə etməliyik? Agroexpert.az beynin dostu olan qidaları oxuculara təqdim edir.

Fındıq-qoz-badam

Fındıqda olan və güclü bir antioksidant olan E vitamini, beyindəki sinir hüceyrələrini qorumaq üçün köməkçidir. Badam və Omega 3 mənbəyi olan qoz isə diqqət müddətini uzadır.

Balıq

Losos, skumbriya, ton və digər balıqlar ürək sağlamlığı üçün təsirli olan Omega-3 yağ turşuları baxımından zəngindirlər. Həftədə ən az 2 dəfə balıq istifadə etmək, DHA (Docosohegzanoic Acid)-yı daha çox almağımızı təmin edir. DHA, bilinən ən yaxşı beyin təsdiqedici qidalardan biridir. DHA yalnız yaddaşı gücləndirməklə qalmır, öyrənmə və müvazinətə da müsbət istiqamətdə təsirlərdə olur.

Tünd yaşıl yarpaqlı tərəvəzlər

Kələm, brokkoli, ispanaq və gül kələmi E vitamini və fol turşusu üçün mühüm mənbələrdir. Bundan başqa, öyrənmə qabiliyyətini inkişaf etdirən və yaddaş üçün həyatı əhəmiyyət daşıyan “Kolin, ana südündən sonra ən çox soya məhsulları, yaşıl yarpaqlı tərəvəzlər, gül kələm və yumurta sarısında olur.

Amerikan armudu

Kremli sıx bir dada malik olan avakado da E vitamini baxımından güclü bir mənbədir. E vitamini baxımından zəngin olan qidaların C vitamini baxımından zəngin olan amerikan armudu daxil olmaqla Alzheimer xəstəliyinin inkişaf etməsi riskini azaltdığı müəyyən edilir. Bu qidalar xüsusilə qısa müddətli yaddaş üçün əhəmiyyətlidir.

Günəbaxan tumu

Günəbaxan tumu daxil olmaqla, yum növləri E vitamini baxımından zəngin mənbələrdir. 20 q qurudulmuş günəbaxan tumu gündə alınması təklif olunan E vitamini miqdarının faizi 30-unu qarşılayır. Təklif olaraq salata vuraraq həm ləzzəti artırır, həm də beyin inkişafını sürətləndirir.

Çiyələk, böyürtkən, albalı, qaragilə

Son aparılan araşdırmalar nəticəsində qaragilə, çiyələk və böyürtkən azalan bilincli bacarıqların artmasına köməkçi olduğunu göstərir. Bu ərzaqlar yaşla azalan beynin təbii fəaliyyətlərini qorumağı təmin edirlər və yaşla bağlı olan yaddaş itkinin əmələ gəlməsinin qarşısını almağa köməkçi olurlar.

Yerkökü-ananas

Xatırlama qabiliyyətini artırmaq üçün istifadə edilə bilər. Tərkibindəki A vitamini ilə yaxşı antioksidantdır. Ananasın da əzbərləməyi asanlaşdıran təsiri vardır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!