Bu qidaları qətiyyən birlikdə yeməyin!

Süfrə ənənələrimizdə birlikdə yeyilməsi uyğun görülən bir neçə qidanın əslində ard-arda istifadə edilməsi həzm sistemini yormaqla qalmır. Bəzən zəhərli təsirlər yaradıb qana qarışanda zəhərlənmələrə də səbəb ola bilər. Agroexpert.az hansı qidaların birlikdə yeyilməməsi haqqında məlumatı təqdim edir.

Qatıqla birlikdə hansı qidaları istifadə etmək olmaz?
qidalar

Bildiyiniz kimi balıq qatıqla və ya ayranla istifadə edildikdə həzm problemləri yarana bilər və hətta balıq təzə deyilsə zəhərlənmələrə səbəb ola bilər. Digər bir tərəfdən qatıqla turşu tərkibə malik heç bir qidanın (məsələn: sirkə, abqora) istifadə etmək olmaz. Bundan başqa, turp və tərənin qatıqla istifadə edilməməsi tövsiyə edilir.

Südlə yanaşı hansı qidaları istifadə etmək olmaz?

Süd kalsium anbarı olan zülal qrupundan bir qidadır. Özü kimi zülal qrupundan başqa qidalarla birlikdə istifadə edilməməlidir. Məsələn: toyuq, balıq, pendir, yumurta və qatıq süd ilə birlikdə istifadə edildikdə alınan çox zülal orqanizmdə zəhərli təsir yarada bilər. Həmçinin qidalanma mütəxəssisləri süd və turş qidaların (sirkə, şərab) həmin gün istifadə etməyi tövsiyyə etmir.

Qırmızı ətlə birlikdə hansı qidaları istifadə etmək olmaz?

Ət xörəklərini də yeyərkən yanında yediklərinizə diqqət etməlisiniz. Duzlanmış ətin sarımsaq və sirkə ilə istifadə edilməsi uyğun deyil. Baş əti kimi ətli yeməklər istifadə edilən gün meyvə olaraq nar və üzüm üstünlük verilməməlidir.

Soğanla birlikdə hansı qidaları istifadə etmək olmaz?

Keçmişdən bəri, təbii bir antibiotik olduğu düşünülən soğan, demək olar ki, bütün xörəklərlə yeyilir. Ancaq sarımsaq və soğanın birlikdə yeyilməsi uyğun olmadığı üçün sarımsaq ehtiva edən qidaların yanında qətiyyən istrifadə edilməməlidir.

Düyüylə birlikdə hansı qidaları istifadə etmək olmaz?

Düyü plovu, düyü içlikli bibər dolması kimi düyü məzmunlu yeməklərin yanında sirkə və sirkə ehtiva edən qidalar (məsələn turşu, sirkəli salat kimi) istifadə edilməməlidir.

Meyvələrlə birlikdə hansı qidaları istifadə etmək olmaz?

Meyvələri şəkərli qidalarla birlikdə istifadə etməyin. Məsələn: qarpız, yemiş ilə bərabər bal, mürəbbə, şirə yemək orqanizminizin şəkər tarazlığı üçün çox təhlükəlidir. Bununla yanaşı balığın yanında əncir, heyva və yemiş yemək qulunç, vitiliqo (ala xəstəliyi) kimi ciddi xəstəliklərə səbəb ola bilər. Bundan başqa, ərik, şaftalı, qayısı və nar meyvələrini də birlikdə istifadə etmək olmaz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107