Heyvanlar ümumi Məhsullar Xəbərlər

Bu məhsul qızıldan qiymətlidir

qizildan qiymetli ilan zeheriYəqin çoxunuz bilmirsiniz ki, SSSR-də istehsal olunan ilan zəhərinin 70%-i Azərbaycanın payına düşürmüş.

İlan zəhəri çox qiymətlidir, bir qramı bir-neçə barel neftdən bahadır. Təəssüf ki, sovet dönəmində çox bacarıqlı olduğumuz bu sektoru qoruyub saxlaya bilməmişik. İlan zəhəri istehsal edən Zirə qəsəbəsi və Ağsu herpetoloji kombinatlar 90-cı illərdə fəaliyyətini dayandırıb. 2009-cu ildə bu sahəni inkişaf etdirilməsi barədə qərar verilsə də irəliləyiş yoxdur.

İlan zəhəri dərman istehsalında çox istifadə olunur. Azərbaycanda eyni zamanda dərman istehsalı müəssisələri də inkişaf etdirilsə, həm çoxlu iş yeri açılar, həm ölkəyə valyuta gəlişi artar.

Sahənin bərpası mümkündür

İqtisadçı Vüqar Bayramov deyir ki, uzun müddət bu sahədə fəaliyyət dayandırılsa da, yenidən bərpası üçün kadr potensialı ilə bağlı hər hansı problem olmayacaq. Çünki uzun müddət bu sahə Azərbaycanda ənənəvi sektorlardan biri olub. Burada xüsusi xərc tələb edən texnoloji avadanlıqlara da ehtiyac yoxdur: “İlanların saxlanması üçün xüsusi yerlərin inşa edilməsi böyük vəsait tələb etmir. Burada xüsusi innovativ texnologiyalardan istifadə olunmadığı üçün kadr potensialında da hər hansı problemin olacağını düşünmürəm. Mövcud kadr potensialı və tələb olunan investisiya xərcinin az olması bu sektorun inkişafı üçün zəmin yaradır”.

Bunu həm özəl sektor həm də dövlət səviyyəsində eləmək mümkündür. Dərman hazırlanması üçün ən qiymətli tibbi xammal olaraq yüksək səviyyədə satışı aparılıb. Hər bir ilan növünün zəhəri ayrı-ayrı xəstəliklərdə istifadə olunur. Kobra ilanının zəhəri sinir-əsəb sistemi ilə bağlı olan xəstəliklərin, gürzə və gürzə kimi ilanların zəhəri ürək-qan-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Hər bir ilan zəhəri tibbi xammal olaraq dərman istehsalı üçün istifadə olunurdu.

Təsəvvür edin ki, cəmi SSRİ-də 5 kq ilan zəhəri istehsal olunurmuş ki, onun da 70%-i bizim payımıza düşürmüş. Sonradan isə ixrac olmadığı üçün istehsal dayanıb.

T.İsgəndərovun sözlərinə görə, 20-25 il bundan öncə ilə indini müqayisə etdikdə ilan zəhərinin keyfiyyətinə dünya bazarında nəzarət güclənib: “Çünki son illər dünya bazarına elə ilan zəhəri çıxarılır ki, ona ilan zəhərindən başqa nə ad istəsən vermək olar. Rənglənmiş, xarici görünüşünə görə ilan zəhərinə oxşayan cürbəcür üzvi və qeyri-üzvi maddələr, hətta şüşə qırıqları adı ilə dünya bazarına zəhər aparırlar. Bu cür idarəolunmaz hərəkətlər var. İlan zəhərinə güclü tələbat olan ölkələr də artıq məhsulu alarkən daha güclü göstəricilərlə yoxlayıb götürürlər”.

Kor-koranə bu işlə məşğul olmaq təbiətə ziyan vurur

Təvəkkül İsgəndərov onu da bildirdi ki, Azərbaycanda 4 növ zəhərli ilan var. Onlardan ən geniş yayılanı Cənubi Qafqaz gürzəsidir. Digər 3 zəhərli ilan növü isə təbiətdə az sayda olduğu üçün onlardan istifadə də xüsusi diqqət tələb edir. Elə istifadə edilməlidir ki, bu, ilanların nəslinin kəsilməsinə səbəb olmasın.

Kimsə bu işlə məşğul olur deyəsən. Çünki sərhəddə müsadirə olunan ilan zəhərləri barədə məlumatlar eşidirik. Belə müsadirə olunmuş məhsulların mövcudluğu göstərir ki, Azərbaycanda bu işlə məşğul olanlar var. Kortəbii şəkildə, texnoloji qaydalara əməl etmədən, həm də faunamıza, resurslarımıza ziyan vurduğu üçün belə hallar yolverilməzdir.

Mənbə:

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: