Bu qoçdan 9 kq yun qırxılır

Bir qoyundan cinsinə, ölçüsünə görə 1-3 kq, ən çox 4 kq yun çıxır. Hətta elə qoyun cinsi (dorper) var  ki, heç yunu qırxılmır. Amma Avstraliyada elə qoyun cinsləri seleksiya edilir ki, onlardan bir dəfədə 9 kq yun qırxılır. Yun Avropa üçün mühüm xammaldır, ona görə yaxşı yunluq qoyun cinsləri seleksiya edilir. 

yun qırxılır

Hər il Avtsrailyada heyvan sərgiləri təşkil olunur və burdakı heyvanlar həqiqətən insanı heyrətə salır. Xüsusən çəkisi 138 kq olan bu qoyunlardan bir dəfəyə 9 kq yun qırxılır ki, bu da rekord sayıla bilər. Avstraliya fermalarında boyu insan qədər olan qoyunlar yetişdirilir. Uzun müddətdir qoyun saxlayan Jeyn Karter, sərgilərdə 1-ci yeri tutan qoçları haqqında danışdı. 

Həm yaxşı ət verir, həm yaxşı yun qırxılır 

Çəkisi 138 kq olan Corriedale adlı cinsə aid olan bu qoçların yetişdirilməsi barədə məlumat verən Karter, heyvan yetişdirərkən ət və yun balansını qorumağın önəmini vurğuladı. Bunlar özəl heyvanlardır və böyütmək də xeyli çətindir. Həm yaxşı ət verirlər həm də yun. Əvvəla yaxşı heyvanı seçmək lazımdır. Bəzən yunu çox olur əti az, bəzən də əksinə. Balansı qorumaq çox önəmlidir.

Yun sənayesi

Yun sənayesi Avstraliyada 1-ci dünya müharibəsi ilə başladı. Karter deyir ki, əvvəl də biz yun istehsal edirdik və bütün yunumuz paltar tikilməsi üçün ingiltərəyə gedirdi. Müharibə başlayanda yunu elə burda emal eləməyə başladıq və yun sənayemiz formalaşdı. Daha sonra bu sənaye ölkənin ən güclü sektoru oldu. 

Bu aralar isə Çin malları Avstraliya yun sənayesinə mənfi təsir göstərir. Çin malları sənaye istehsalını dibə vurub.

Qoyun cinsləri haqqında əlavə bu məqaləmizdə ətraflı oxuya bilərsiniz.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика