Bu rayonun üzümçüləri məhsul yığımını başa çatdırıblar

Agroexpert.az xəbər verir ki, Şamaxı üzümçüləri bu il ötən ilə nisbətən daha çox məhsul əldə ediblər.

Şamaxıda üzüm yığımı başa çatıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, vaxtilə üzümçülük üzrə məşhur olan Şamaxıda son illər bu sahə sürətlə inkişaf etdirilir. Hazırda rayonda 1808 hektar bar verən üzüm bağı var. Bunun 1637 hektarı məhsuldardır.

üzümçülük agroexpert.az
Plantasiyalardan oktyabr ayının ilk yarısına qədər 1420 hektar bağın məhsulunu yığıb, 21000 ton üzüm tədarük ediblər. Son mərhələdə isə 12 min 645 ton məhsul yığılıb ki, bu da ötənilki göstəricidən 2336 ton çoxdur.

Rayonda daha çox üzüm bağları olan “Az-Qranata”, “RMZ’’ və “Şirvan şərabları” MMC-lər, habelə Sabir, Şəhriyar, Mədrəsə qəsəbələri, Meysəri, Mirikənd, Çarhan ərazi dairələri məhsul istehsalında fərqləniblər.  Yığılan texniki sort üzüm emal müəssisələrinə göndərilib. Yetişdirilən süfrə üzümü isə birbaşa daxili bazara çıxarılıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673