Bu robot zərərvericiləri məhv edəcək
Zərərli həşəratlara mübarizə hər fermerin əsas baş ağrısıdır. Yenə əcnəbilər bir robot icad edib ki, bu problemi həll etsinlər.
Zərərvericilərlə mübarizə üçün yüksək texnoloji həllər çoxdur, bunların arasında favorit-EcoRobotix robotudur. Bu günəş enerjisi ilə çalışan avtomatlaşıdırlmış kultivatordur. Keçənlərdə EcoRobotix şirkəti CapAgro-dan 11 milyon $ maliyyə əldə etmişdi. Bu robotla dünyanın ən böyük kimyəvi şirkəti olan BASF da yaxından maraqlanır. Əlbətdə aydındır niyə?!
Robotun üzərində 2 metr enində bir cüt günəş paneli, kamera, sensorlar və GPS vardır ki, bunların köməyi ilə torpaqdakı zərərli həşəratları aşkar edir. Aşkar elədiyi bitkiyə yaxınlaşıb işini görür.
Robotun iki ədəd “əli” var. Robot həşəratı əlləri ilə örtüb, ora cüzi miqdarda pestisit tökür. Bütün bunları tam avtomat özü edir. Şirkət iddia edir ki, bu cür robotlar pestisid istifadəsini 20 dəfə azaldacaq. Gündəlik 3 ha torpağı emal edə bilir.
EcoRobotix hələlik çuğundur və rapsı tanıyır
Robot hələ ki, rapsa və çuğunduru müdafiə edir. Gələcəkdə bütün əkini qoruya biləcək. Bunun üçün sadəcə robotun proqram təmiantı yenilənəcək, samrtfonlarda olduğu kimi.
Robot 2019-cu ildən satışa çıxarılacaq və qiyməti 15 min euro civarında olacaq. Artıq bu robotun alternativi də var-Blue River.
Aqro texnologiya və startuplarla bağlı digər məqalələr üçün bu bölümə baxa bilərsiniz.
Bu videoda EcoRobotix-in işi göstərilir.
Mənbə: ModernFarmer