Bu yay Avropa dənəli meyvələrin qıtlığından əziyyət çəkə bilər – SƏBƏB

İspaniyadakı güclü dolu səbəbindən Avropanın dənəli meyvə məhsulu kəskin şəkildə azala bilər.

Pis hava əsasən Lerida və Hueska əyalətlərinin təsərrüfatlarına böyük zərbə vurub. Xüsusilə  də Torres de Segre, Soses, Alcarras, Ayton, Binased, Binefar, Alcolea de Sinca, Belver de Sinca və Fraga bələdiyyələrindəki istehsalçılara təsir göstərdi. Bu dolu məhsul yığımından əvvəl düşüb.

Olimpfruit (Lerida) istehsalçısı və ixracatçısı Francis Penin bildirdiyinə görə, güclü dolu Torres de Segre, Soses və Alcarrasdakı 7,5 min tonluq meyvə bağlarına ziyan vurub. Zərərin ilkin həcmini 60% -100% səviyyəsində qiymətləndirilib. Digər bələdiyyələrdə itkilər daha az katostrofik olub – 20% -30%.

hansı meyvə tumu zəhərlidir

Bu güclü dolu fəlakətindən ümumilikdə 12 min ha ərazi ziyan görüb. Buzlu yağışlat ən çox nektarinlərə, şaftalılara və alma məhsuluna ziyan vurub.

Artıq bu il Avropa bazarlarında nektarin və şaftalıların həcmində azalma müşahidə olunur. Bu dənəli meyvələrin qiymətlərində isə kəskin artım müşahidə olunur. Hava şəraiti və yağıntı ilə əlaqədar olaraq, iyul və avqust aylarında bu sektorda çatışmazlığın olması qaçınılmaz kimi görsənir. Nəzərə almalıyıq ki, həmçinin İtaliyada da yetişdirilən məhsulun böyük bir hissəsi, Fransada olduğu kimi, əlverişsiz hava şəraitindən, dondan təsirlənmişdi.

Bir sözlə, fermerlər üçün təbii fəlakət də adlandırıla biləcək bu dolu yağıntısı İspaniya və Avropanın dənəli meyvə mövsümünün vəziyyətini ciddi şəkildə dəyişdirəcəkdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!