İribuynuzlu heyvanlar Məqalələr

Buğaların saxlanması və yemləndirilməsi

agroexpert_ buğaların saxlanması

Hollavey cinsli törədici buğalar təsərüfatlardakı digər buğalardan bioloji və yaşamaq xassələrinə görə fərqlənirlər. Ona görə bu buğalar infeksiyon xəstəliklərə qarşı tam sağlam olan təsərrüfatlarda inək və düyələrlə bir tövlədə saxlanılmalıdır. Hər ehtimala qarşı buğaların burunlarına dəmir həlqələr taxılmalı, saxlanılan yer işıqlı, quru, geniş və təmiz havalı olmalıdır. Buğaların təmizliyinə xüsusi fikir verilməlidir. Hər buğanın özünə məxsus qaşov və şotkasının olması, pripusiumunda və onun ətrafında sıx tük yığımına imkan verilməməlidir.

Müntəzəm olaraq törədici buğalar hər gün 3-4 saat açıq havada gəzintiyə buraxılmalıdır ki, onların cinsiyyət orqanı (tənasül fəaliyyəti) daha yaxşı inkişaf etsin. Hollavey cinsli mallar dağ şəraitində yaranıb yaşadıqları üçün qışın çox sərt, qarlı havasını, yağışlı günləri nəzərə almadan demək olar ki, ilin bütün fəsillərində çox vaxt açıq havada olmaları onlara çox yaxşı təsir göstərir.

Buğaların saxlanması

Yaz və yay aylarında Hollavey buğaları üçün ən yaxşı otlaq sahəsi ayrılması, həmin sahəyə törədici buğalardan başqa heyvanların buraxılması qadağan edilməlidir. Çalışmaq lazımdır ki, içməli su buğalrın otlaq sahəsinə yaxın olsun. Buğalara otlaq dövründə qüvvəli yemlər vermək üçün xüsusi axurlar düzəldilməli, isti havalarda buğalara otlaqlarda kölgəliklər düzəldilməli və əlavə qüvvəli yemləri həmin kölgəliklərdə vermək lazımdır.
Hollavey buğaların saxlanması , bəslənməsi və yemlənməsinə xüsusi fikir vermək lazımdır.

Törədici buğalar həmişə yüksək tənasül fəaliyyətində olmaqla əla keyfiyyətli toxum verməlidir. Buna görə də Hollavey buğaların yemləndirilməsində bioloji cəhətcə tam qiymətli zülallarla zəngin, kifayət qədər mineral və vitaminərlə təmin olunmuş yemlərdən istifadə olunmalıdır. Buğalar orta və ortadan yuxarı köklük kondissiyasında olmalıdır. Ona görə də buğaları il ərzində 3-4 dəfə qapan tərəzidə çəkib diri çəkisinin 600-700 kq-dan artıq olmamasını təmin etmək lazımdır.
Çox ağır olmayan buğalar dağlıq şəraitində yüngül hərəkət etməklə dağların bəzi sıldırımlı yamaclarında asanlıqla otlayırlar. Hollavey buğaların payız və qış yemlənməsində qaba yemlərdən birinci növbədə yem payında yüksək kefiyətli, tərkibində paxlalı fəsiləsindən olan keyfiyyətli dağ otunun olması vacibdir. Buğalara sutka ərzində 7-8kq keyfiyyətli quru ot, 10-15 kq sulu-şirəli və 2-3kq qüvvəli yem verilməlidir

İribuynuzlu heyvanlar üçün yem rasiyonu ilə bu məqalədə tanış ola bilərsiniz. 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!