Buğda emalında yeni üsul – ULTRASƏS istifadəsi

Cənubi Ural Dövlət Universitetinin (SUSU) alimləri buğdanın məhsuldarlığını artıracaq yeni bir üsul kəşf ediblər.

Bu üsul taxılın ultrasəs ilə emal olunmasını nəzərdə tutur.

Məqsəd, aşağı keyfiyyətli bitkilərin çatışmazlıqlarını düzəltmək və sağlam məhsullar əldə etməkdir.

Rusiyalı mütəxəssislər bildirir ki, bu həm Ural, həm də məhsuldarlığın aşağı olduğu Sibir bölgələri üçün də çox vacibdir.

Ultrasəs ilə emal taxıl məhsulunun qabığına təsir göstərir, böyümə nöqtələrinə nəmin daxil olmasını sürətləndirir. Nəticədə taxılda cücərmə sürətlənir.

Ənənəvi cücərmə üsullarının müddəti təqribən 24-26 saat olurdusa, ultrasəs emal üsulu cücərmə müddətini 16 saata qədər azalda bilər. Bu proses zamanı ultrasəs taxılın tərkib hissələrində heç bir dəyişiklikliyə səbəb olmur.

taxıl əkini

Universitetin bioloqu Natalya Naumenko məqsədlərinin aşağı keyfiyyətli taxıl emalı ilə daha sağlam məhsul, daha  faydalı məhsullar əldə etməkdir.

“Tədqiqatımızda bitkilərin cücərmə prosesini intensivləşdirmək üçün ultrasəs təsirindən istifadə edirik.

Tədqiqat, ilk növbədə, çörəkçilik sənayesində istifadə edilə bilən yumşaq taxıl emalı üçün nəzərdə tutulub. Bu buğda həm də qida əlavəsi və ya ayrı bir qida maddəsi kimi də istifadə edilə bilər. “


Xatırladaq ki, Ural alimləri bundan əvvəl də 2018-ci ildə  ultrasəs ilə buğda emal etmişdilər. Emal olunmuş buğda daha sonra Çelyabinsk bölgəsindəki tarlalarda əkilmişdi. Həmin tətqiqatın nəticələri göstərdi ki, toplanmış taxıl çox miqdarda protein və qlütenin ehtiva edir.

Bundan əlavə, ultrasəs məruz qalması nəticəsində buğda sünbülünün hündürlüyü azalır, bu da taxılın tarlada daha yaxşı yetişməsinə kömək edir. Yəni bu cür taxıl emalı buğdanın məhsuldarlığını artırmaqla yanaşı həm də onun keyfiyyətini artırır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!