Buğdanın virus xəstəlikləri

Virus xəstəlikləri bitkilərin ayrı-ayrı orqanlarının rənglərinin dəyişməsi (xlorz, mozaika, albəzəklilik), hədsiz kollanma, gövdənin cırtdan boyluluğu (qısa qalması), mayasızlıq və, dənin tam yetişməməsi şəklində özünü göstərir.

Yarpaq saralması

Rus mozaikasına taxılçılıqla məşğul olan bütün regionlarda təsadüf olunur. Xəstəliyin əlamətləri payızda bitkinin yarpaqları boyunca açıq-yaşıl və ya sarımtıl (limon rəngində) zolaqlı şırımlar və xətlər (cizgilər) olmasıdır.

Virusla sirayətlənmiş bitkilər güclü kollanır, gövdələri boyunca qısa və solğun olur, məhsuldar gövdələrin əmələ gəlməsi prosesi pozulur, sünbüllərdə mayalanma getmir. Xəstəlik bitkilərin çiçəklənməsi dövründə zolaqlı və altınöqtəli cırcıramalar vasitəsilə yayılır. Rus mozaikası buğdadan başqa vələmir, darı, çovdar, arpa qıllıca və s. bitkiləri də xəstələndirir. Virus qışlamanı taxıl fəsiləsinə aid olan bitkilər üzərində keçirir.

Rus mozaikasına Azərbaycanda çox az-az hallarda lokal şəkildə təsadüf olunur.

Zolaqlı mozaika

Törədicisi Wheat streak mozaik virusdur. Zolaqlı mozaika virusu buğda, arpa, vələmir, çovdar, qarğıdalı, düyü, darı, sorqo və yabanı otların bir çoxunu sirayətləndirir. Ancaq payızda buğda bitkisi bu virusa daha çox həssaslıq göstərir.

Xəstəliyin əlaməti yarpaqların damarlarına paralel surətdə düzülmüş açıq-yaşıl rəngli, qırıq-qırıq cizgi və xətlər əmələ gəlməsidir. Xəstəlik inkişaf etdikcə ləkələr böyüyərək yarpaqların getdikcə saralmasına və quruyub tökülməsinə səbəb olur. Xəstəliyin kütləvi yayılması zamanı bitkilər boyca geri qalır və məhsuldar gövdələrin əmələ gəlmə prosesi pozulur. Bəzi hallarda gövdə və sünbüllərin əmələ gəlməsinə baxmayaraq, dən tam formalaşa bilmir və çəkisi olduqca yüngül olur.

agroexpert_az bugdanin virus  xesteliyi

Buğdanın zolaqlı mozaika xəstəliyi bitkilərin bir-birinə toxunması yolu ilə və Aceria cinsindən olan gənələr vasitəsilə yayılır. Gənələr taxıl mənənələrinin bədənində parazitlik edir və öz hərəkətləri zamanı virusları özü ilə daşıyıb yayır. Viruslar gənənin qoyduğu yumurtalarda öz həyat qabiliyyətlərini saxlayaraq payızda taxıl əkinlərini yenidən sirayətləndirir və qışı keçirici sahiblə (gənə ilə) birlikdə bu əkinlər üzərində keçirir.

Yazda və yayda gənələr artıb çoxalır, özləri ilə virusları da həm payızlıq və yazlıq taxıllara, həm də biçindən sonra kövşən qalıqlarına keçirir. Zolaqlı mozaika virus xəstəliyi torpaq və toxum vasitəsilə yayılmır. Xəstəliyin vurduğu ziyan onun kütləvi şəkildə yayılması ilə əlaqədardır. Azərbaycanda bu xəstəliyə çox az hallarda təsadüf olunur və rayonlaşdırılımış buğda sortları “Əkinçi-84”, “Əzəmətli-95”, “Nurlu-99”, “Əlincə”, “Bərəkətli-95” xəstəliyə qarşı davamlıdır.

Mübarizə tədbirləri.

Aqrotexniki mübarizə məqsədi ilə xəstəliklərin törədicisi ilə sirayətlənmiş əkin sahəsinə 2-3 il taxıl əkilməsinə yol verilməməlidir. Yoluxmuş əkin sahələrində taxıl mövsümün axırında biçilməlidir. Cari ildə səpin aparılacaq əkin sahələri keçən il viruslarla güclü yoluxmuş taxıl sahələrindən ən azı 500 metr aralıda olmalı, viruslara davamlı sələflər seçilməlidir. Məhsul yığıldıqdan sonra bitki qalıqlarının sahədən təmizlənməli, dərin şum aparılmalıdır, kalium və fosfor tərkibli mineral gübrələr səpinqabağı şum altına verilməlidir.

Kimyəvi mübarizə məqsədilə vegetasiya dövründə virusları keçirən sorucu zərərvericilərdən mənənələr, tripslər və gənələrə qarşı Bi-58 Noviy (1-1,5 l/ha), 5%-li Hekplan (0,5kq/ha), 2,5%-li Desisdən (0,30 l/ha), toxumu dərmanlamaq üçün isə Raksil preparatından (1,5-2 kq/ton) istifadə edilməlir.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!