Burqundiya dovşan cinsi

Burqundiya dovşan cinsi adından da göründüyü kimi Burqundiyada (Fransa), XX əsrin əvvəllərində kaliforniya və yeni zellandiya cinslərinin cütləşdirilməsi nəticəsində əldə edilib. İndiyə kimi belə bir fikir var ki, bu cins təmiz ət çıxımı ən yüksək olan dovşan cinsidir. (təqribən 67%) Bəlkə də buna görə Avropa və Amerikada ən məşhur cinsdir. Saytımızda dovşan cinsləri haqqında məqalə yerləşdirmişik. Bu yaxınlarda bir fermer dostumuzdan eşitdim ki, bir işgüzar insanımız bu cinsdən də gətirib saxlayır. Əsas özəlliyi ət çıxımı yüksək olmasıdır. Biz də qərar verdik sizin üçün bu cins haqqında məlumat verək.

Burqundiya dovşan cinsi

Rusiyada bu cins 90-cı illərin əvvəlində gətirilib. Yemə qarşı tələbkar olmaması, yaxşı ət çıxımı və dərisinə görə sevilib. Burqundiya dovşan cinsi balaları da çox gözəl olur. 

Burqundiya dovşan cinsi özəllikləri

Bu dovşanlar idmançı, möhkəm bədən quruluşuna, qısa boyuna, geniş əyri buruna, kiçik qulaqlara (14 sm) sahib olurlar. 
Burqund dovşanları 4,5 kq-a kimi, bəzən 5 kq vəya daha çox çəkiyə sahib olur. Balalar artıq 4-5 ayında bu çəkini yığır. Burqund dovşanları düzgün yemləndikdə gündəlik 42 qram çəki artımına sahibdirlər.
Burqund dovşanların xəzi biraz kobud olur, elə buna görə də yüksək dəyərləndirilir. Çünki formanı yaxşı saxlayır, elastikdir və daha uzun ömürlüdür. Rəngi isə çox düzgün, ləkəsiz və cəlbedicidir.

Artırılması

Dovşan biznesi iş görmək üçün gözəl ideyadır. Çünki güclü maya və xərc tələb etmir. Satış bazarı mövcuddur. Hətta bir çox dovşan cinslərini müxtəlif istiqamətlər üzrə (ətlik, xəz) artırıb eksporta göndərmək gözəl işdir. 
Burqundiya dovşan cinsinin dişiləri çox verimlidir: ən azı 10-12 bala verirlər. Südü və şəfqəti isə başqa dovşan balalarına da sahib çıxmağa yetir. 
Balalar bağırsaq xəstəliklərinə, soyuğa dözümlüdür. Lakin həm böyük, həm bala dovşanlar yel və istini pis keçirir, qorumaq lazımdır. 
Düzgün qulluq edildiyi zaman burqund dovşanları ildə 40-50 bala verir ki, bu da təqribən 200 kq ət deməkdir. 

Bu isə Vüqar adlı dostumuzun dovşan fermasıdır. Cinslər kaliforniya və yeni zelland dovşanlarıdır. Tezliklə burqund da olacaq…

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!