ağız südü - buzovlarda. faydası və ziyanı varmı?
Heyvanlar ümumi İribuynuzlu heyvanlar

Buzovlar üçün “ağız südü”

ağız südü - buzovlarda. faydası və ziyanı varmı?

Körpə buzova “ağız südü” içirilməsi vacibdir. Çünki bu südün tərkibində antitel adlanan maddələr vardır ki, bunlar körpə heyvanın xəstəliyə davamlı olmasını təmin edir.

 Bundan başqa ağız südü, embrion dövründə körpənin bağırsağında yığılıb toplanmış xıltın asanlıqla ifraz edilməsinə kömək edir. 

Doğumdan sonra buzovların 4-5 gün ərzində əmdiyi süd, normal süddən xeyli fərqlənir. Demək, süd körpə heyvanlar üçün qida əhəmiyyətinə malikdir. İlk günlər əmələ gələn süd “ağız südü” (dələmə) olmaqla yeni doğulmuş buzovların mayalandırılmasında istifadə edilir.

Doğumdan sonra birinci dəfə sağılan ağız südünün rəngi tünd sarı və ya sarımtıl-qonur olur. Bu süd adi südə nisbətən xeyli qatı, spesifik qoxulu və şortəhərdir. Ağız südündə yeni doğulmuş balaların sümük və başqa toxumalarının əmələ gəlməsi üçün lazım olan ən zəruri maddələr vardır. O cümlədən, fosfor duzları 2 dəfə, kalsium duzları isə 1,5 dəfə adi südün tərkibində olan həmin maddə-lərdən çoxdur.

Ağız südü…

Bu süd yenicə doğulmuş balanın ana bətnində aldığı qanı əvəz edə bilən dəyərli qidadır. Ağız südünün bakterisid xassəsi xeyli təsirli olduğundan, orqanizmin rezis-tentliyini yüksəldir və ilk günlərdə yeni doğulmuş balaları xəstəliklərdən qoruyur. Bu südün tərkibində olan beta laktoqlobulin və evqlobulinin olması ilə əlaqədardır. Südün tərkibində qlobulinin 3 cür: beta–laktoqlobulin, evqlobulin və psevdoq-lobulin olduğu müəyyən edilmişdir. Ağız südündə zülalın miqdarı 15-20 %-ə çata bilər. 1 qr süd zülalı 4,1 kkal enerji əmələ gətirə bilər.

Südün tərkibində olan mineral birləşmələrin təxminən yarısını kalsium və fosfor duzları təşkil edir ki, bu da buzovlarda sümüyün inkişafında həlledici rol oynayır. Südün tərkibində orta hesabla 0,70% mineral maddələr vardır.

Məlumdur ki, buzovların südə olan tələbatını ödəmək üçün ana südünü quru süd tozundan hazırlanmış südlə əvəz etmək olur. Bəzən ilk günlər ağız südü ilə mayalandırılmış buzovlara son-rakı günlərdə verilən süd, süd əvəzedicisi ilə əvəz olunur. Qeyd etmək lazımdır ki, bu hal buzovların sonrakı inkişafına mənfi təsir göstərir. Odur ki, kimyəvi tərkibinin müxtəlif maddələrlə zəngin olduğunu nəzərə alaraq “ağız südü” nün buzovların normal böyüməsində əhəmiyyətli qida mənbəyi kimi körpələrə birinci on günlükdə verilməsi heyvandarlıqda bir qayda olaraq qəbul edilmişdir.

Buzova qabdan süd içirildikdə birinci dəfə içirilən ağız südünün miqdarı heyvanın diri çəkisindən və iştahından asılı olaraq 0,4-1,0 litrə qədər olmalıdır. Sonralar isə hər dəfə əvvəlkindən 150-250 qr artıq süd içirmək olar. Buzovun gündəlik süd norması onun çəkisinin 15-16%-ni təşkil etməlidir.

Körpə buzovların gündəlik çəki artımı onlara içirdilən süd normasından aslıdır. Çünki, ilk günlərində körpə heyvanın inkişafı yalnız ana südünün hesabına olur və bu dövrdə sonrakı dövrlərə nisbətən körpə heyvanın inkişaf sürəti daha yüksək olur. Odur ki, süd norması artıq olduqda körpə heyvanın çəki artımı da yuxarı olur və orqanizmdə çətin həzm olunan qaba yemlərin mənimsənilməsinə kömək edir. Süddə olan qida maddələri çox tez həzm olunduğu üçün körpə heyvan ondan səmərəli sürətdə istifadə edir.

 

 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!