Buzovların yetişdirilməsi

buzovların yetişdirilməsi - iribuynuzlu heyvandarlıqBuzovların daha sağlam və yüksək məhsuldarlığa malik olması onların yetişdirilmə texnologiyasından bilavasitə asılıdır. Onların hansı istiqamətdə yetişdirilməsi əsas götürülür.

Yəni, buzovlar damazlıq və ya ümumi istifadə üçün yetişdirilə bilər. Belə bir yetişdirmə üsulu daha çox ət və süd almağa imkan verər.

Buzovların yetişdirilməsi. İlk mərhələ…

Buzov doğulan kimi onun sərbəst tənəffüs etməsi üçün burnunu sıxaraq selikdən təmizləmək, sonra göbəyini dezinfeksiya edilmiş qayçı, ya da bıçaqla 10-15 sm uzunluğunda kəsib ipək sapla bağlamaq lazımdır. Əgər bala anasını əmmək üsulu ilə yemlənəcəksə, onu anasına yalatdırıb qurutmaq məsləhətdir. Sonra balanın diri çəkisi müəyyən edilib doğum dəftərinə qeyd edilməlidir. Buzovların inkişafını yoxlamaq üçün onlar ayda bir dəfə çəkilməlidir.

Buzovların yetişdirilməsi. Sonrakı mərhələ.

Yetişdirmənin istiqamətindən asılı olaraq baxım texnologiyası müəyyən edilir. Qaydalar sistemli xarakter daşıyır. Müxtəlif yaş qrup-larında yemə təlabat heyvanların bioloji halı nəzərə alınaraq hesablanır.

Sağlam və yüksək məhsuldar heyvanlar yetişdirmək üçün buzovları istər südəmər dövrdə, istərsə də bu dövrdən sonra müəyyən sxem və nor-malar üzrə yetişdirmək lazımdır.

Buzov damında körpə heyvan üçün qabaqcadan təmizlənmiş, dezinfeksiya edilmiş və içinə təmiz küləş, ya da başqa materialdan qalın döşənək salınmış ayrıca qəfəs olmalıdır. Bu qəfəsin uzunluğu 1.2, eni 1,0 və hündürlüyü 0,7 metr olur.

Həyatının ilk günlərində körpə buzovlar profilaktoriyada (zoobaytarlıq tələblərinə uyğun olan xüsusi binada) saxlanmalıdır.

Profilaktoriyada buzovlar üçün ayrıca qəfəslər düzəldilməlidir. Burada buzovlar 10-15 gün saxlanmalı və öz anasının südü ilə yemlənməlidir. Bu zaman ananın yelini və döşünü ilıq su ilə, sabunla yuyub, təmiz dəsmalla qurulamalı, sonra birinci ağız südü ilə bala əmizdirilməlidir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!