Calaq üsulla gül yetişdirilməsi

Gül sevginin və romantikanın simvolu olan ən gözəl vasitələrdən biridir. Gül yetişdirmək elə də çəyin deyil. Ancaq bəzi xüsusiyyətləri bilmək mütləqdir.

Daha gözəl güllər yetişdirmək üçün bu işi yaxşı bilən insanlar onları mələzləşdirirlər. Bu zaman yetişən gül iki gülün də gözəlliyini özündə daşıyır.

Calaq üsulla gül yetişdirilməsi çox da istifadə olunmayan bir gülçülük üsuludur. Əslində isə əsas gəlir gətirən sahədir. Belə ki,…

Peyvəndlənən gül ən yaxşı halda başqa bitkinin xüsusiyyətlərini daşıyır. Bunun nəticəsində də mələz güllər meydana gəlir. Calaq olunan güllərin xüsusiyyətləri dəyişir və əsillərinə bənzər xüsusiyyətlər yaranır. Calaqla becərilmədə tez və kəsin nəticə alınır. Calaqlamaq üçün kök və damazlıq fidan lazımdır. Calaq olunacaq bitkiyə kök, calaq olan bitkiyə damazlıq deyilir.

Calaq edilmədən əvvəl kök fidanlar hazırlanır. Hazırlıq müddəti 10-15 gün əvvəl başlayır. Bu müddətdə kök bitkilərə baxılıb yeni çıxan zoğlar təmizlənməlidir. Bu müddət ərzində fidanların həftədə iki dəfə sulanması lazımdır. Bol su ilə suvarılmalıdır.

Calaq gül istehsalı

Bu üsulla istehsal üçün bir neçə peyvənd üsulu istifadə olunur. Bunlar yamaq calağı, göz göz, dirək calaq üsullarıdır.

Yamaq calağında kök fidan üstündə göz böyüklüyündə qabıq yuxarıdan aşağıya kəsilir. Həmin kəsiyə calaq qoyulur və üzəri qabıqla örtülərək plastik calaq bağı ilə bağlanır.

agroexpert.az calaq gül yetişdirilmesi

Göz calağında damazlıq bitkidəki illik tumurcuqlar peyvənddə yetkin olmalı və yetkin olanlar seçilməlidir. Seçilən bu hissələrin yarpaqda saplaqların yarısı qalacaq şəkildə qoparılması lazımdır. Gözü çıxara bilmək üçün kəsici alət əldə tərs tutulmalıdır. Və ehmalca kəsilməlidir. Calaq üçün hazırlanmış bitki kəsilən yerlə yerləşdirilir. Kəsilən hissə atılaraq calaq yerə tut və ya söyüd yarpaqları istifadə olunaraq bağlanır.

Dirək calaq üsulunda fidanlar çiçək açana qədər böyüdülür. Sonra dirək ilə bağlanaraq calaq edilmiş hissə bərkidilir.

Calaq güllərə qulluq

Belə calaqları sulamaq, torpağına qulluq və budanmasına diqqət etmək lazımdır. Calaq güllər digər güllər kimi çox da nəm torpa\ı sevmirlər. Soyuq və sulanmasına diqqət edilməzsə solar. Torpağın tərkibinə görə dəmirləzəngin qırmızı topaq olması məsləhətlidir. Ancaq ağır gilli torpaqar məsləhət deyil. Güllər normal torpaqda da yetişəbilirlər. Suyu çox saxlayan torpaqlr güllər üçün uyğun deyil. Normal torpaq istifadə olunacaqsa gübrələmək lazımdır. Budaqlar cılız və keyfiyyətsiz olarsa budanmağı lazımdır.

Dibdən budama, ortaboy budama, qarışıq budama və estetik budama növləri var. Hər biri gərəkli olanda istifadə olunmalıdır. Gülləri soyuqdan qorumaq lazımdır. Soyuqdan qorumaq calaq olub olmamasından asılı olmayaraq bütün güllərə aiddir. Güllər gün işığını çox sevir və onun təsiri ilə daha yaxşı böyüyürlər. Gülləri soyuq havadan qorumaq üçün torpağı ot və samanla örtüb, amma hava olmasını da tənzimləyəcək həsir və ona bənzər vəsaitlərlə sarıyıb qorumaq mümkündür.

Calaq güllərin sulanması

Bu güllərin sulanması da digər güllər də olduğu kimi diqqət ediləcək əsas məsələlərdir. Çox suvarılması gülün çürüməsinə səbəb olur. Gündə iki dəfə suvarılması lazımdır. Səhər və axşam saatlarında sulamaq uyğundur. Və hər gün sulanmasına diqqət edilməlidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!