Camış əti

Bilirsinizmi, camış əti daha az xolestrol, çoxlu protein və mineral tərkibinə görə insan üçün dana ətindən daha faydalıdır? Əslində camış ətinin kimyəvi tərkibi, qida tərkibi və dadı dana ətinə çox oxşayır. Amma insanlar süfrələrində bu ətə çox da yer vermirlər. Bunun səbəbləri çoxdur. Ola bilsin insanlar fikirləşir ki, camışın əti sərtdir və ya yumşaqdır. Qəssablar deyir ki, camış ətini satanda insanlar iyrənirlər.

Ördək əti də çox ləzzətlidir və faydalıdır, eləcə də dovşan əti. Amma süfrələrimizdə yoxdur. Bunun səbəbi xanımlarımızın klassik reseptlərə üstünlük verməsindən də ola bilər.

Camış əti

Bildiyimiz kimi keçi və qoyun südü inək südündən daha çox kalsiuma sahibdir. Camış südü isə keçi südündən iki dəfə çox kalsiuma sahibdir.

Camış əti

Bu ət dana ətindən 40% daha az xolestrol, 55% daha az kalori, 11% daha çox protein və mineral maddəyə sahibdir. Camış əti nisbətən daha tünd rəngdədir, daha yumşaqdır. Yumşaq olmağı kabab çəkməyə mane olursa, yaxşı “marinovat” eləmək lazımdır. Dişi camışın əti erkəyə nisbətən daha yumşaq və ləzzətli olur.

Camış yağı ağ, öküz yağı sarıya yaxındır. Bax elə bu əlamətlə satılan ətin camış yoxsa dana əti olduğunu ayırd eləmək mümkündür.

Filippində ev və restoranlarda istifadə olunan ətin 2/3 -si camış ətidir. Camış ətindən dadlı dolma olur. Bu ətdən düzəldilən kolbasa, sucuq çox ləzzətli olur. Bəlkə biz də elə bütün günü camış əti yeyirik, xəbərimiz yoxdur. Çox təəssüf ki, tacirlərimizin bir qismi müştəriləri aldatmağı adət ediblər.

Camış əti qanazlığına da faydalıdır. Dünyada istehsal olunan camış ətinin 92%-i Asiyanın payına düşür. Ən çox istehsal edən ölkələr isə:

  • Hindistan-1 milyon 182 min ton
  • Pakistan-465 min ton
  • Çin-253 min ton
  • Nepal 96 min ton
  • Tayland 63 min ton.

Azərbaycanda bir zamanlar camışçılıq yaxşı inkişaf etmişdi. Camışın əti çox yeyilməsə də südü, qatığı və ondan düzəldilən yağ çox dadlıdır və istifadə olunur. Camışlar bataqlığı sevir, yem çox yeyir. Ona görə sulu örüşlərin azalması camışçılığın da geriləməsinə səbəb olur.

Camış saxlamağın üstünlükləri haqqında bu məqalədə ətraflı oxuya bilərsiniz.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика