“Camışa qamış ver, ət və süd al”

agroexpert camışMəhyəddin həkim deyir ki, camış südlük və ətlik istiqamətli olur. İnəyə nisbətən camış az süd verir. Lakin digərləri ilə müqayisədə camışın üstün keyfiyyətləri kifayət qədərdir. Bu heyvanlar yemə az tələbkardır. Camış həm də qaba yemləri yaxşı həzm edir. “Camışa qamış ver, ət və süd al” məsəli də fikrimcə, buradan yaranıb. Həmçinin bu heyvanlar xəstəliyə və isti hava şəraitinə dözümlüdür.

Təzə camış südü isə çox ləziz olur. ­Gündəlik sağmal camışlardan 3-4 litr süd sağılır. Bu süddən keyfiyyətli qatıq və süzmə, əvəzsiz qaymaq, ayranından dadlı şor hazır­layırlar. Camış qatığı inək və qoyun qatığından dadlı, yağlı və qiymətli hesab olunur. Müqayisə üçün deyim ki, 1 kiloqram yağın alınması üçün 22 litr inək südü tələb olunursa, eyni həcmdə yağ üçün 8 litr camış südü lazımdır. Bu gün Naxçıvan bazarında istehsal olunan həmin ağartı məhsullarının yaxşı da alıcısı var. Mən özüm həftə sonları təşkil olunan satış yarmarkalarında iştirak etməklə yanaşı, məhsulumu Bakı şəhərinə də ­göndərirəm. Yayda kəndimizə gələn qonaq-qara qatığı, qaymağı əl-əl axtarır. Onu da deyim ki, inək südündən alınmış yağı soyuducuda 3-4 gün saxlamaq mümkün olduğu halda camış yağını 20 gün saxlasanız, xarab olmaz. Məsləhət görərdim ki, əgər heyvandarlar camış südündə yağın miqdarını artırmaq istəyərlərsə, camışları balaqsız (camışın balası) sağmalıdırlar.

Camış dərisindən keyfiyyətli gön hazırlanır. Bu dəri inək dərisinə nisbətən qalın olur. O yaxşı aşılandıqdan sonra ondan möhkəm ayaqqabı və digər dəri məmulatları hazır­lanır. Bu heyvanın əti də keyfiyyətinə görə digər heyvanların ətindən fərqlənir.

Məhyəddin həkim sonda bizi olduqca maraqlı bir məlumatla tanış edir və deyir ki, son illər tibb elmində belə bir fikir formalaşmağa başlayıb ki, camış qatığı xərçəng xəstəliyinin qarşısını alan yüksəkkeyfiyyətli qida məhsuludur. Ona görə də Naxçıvan şəhərində camış məhsullarının satışı üçün ayrıca ixtisaslaşdırılmış mağazanın yaradılması faydalı olar.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!