Canavar boğan köpəklər (SİYAHI, FOTO)

Çoban itləri sürüləri idarə etməkdə istifadə olunur. Bu itlərin digər itlərdən ayıran əsas cəhətləri sürünü “qorumaq”dır. Çoban itləri çevik heyvanlardır. Çox tez sürətlənib qısa müddətdə çox sürətli qaça bilirlər. Kiçik irqləri belə əzələli və güclüdür. Başları dik yeriyirlər və məğrur görünüşlü heyvanlardır. Çoban itləri sahibinin əl işarələri və fitlə verdiyi əmrləri anlayaraq sürünü güdə bilir, qaçan heyvanları sürüyə qata bilirlər. Məsələn, Korqi iti, çiyinlərinin yerdən hündürlüyü təxminən 30 sm olan kiçik bir irq olmasına baxmayaraq, özündən neçə qat böyük olan mal-qaranı otlaqlara sürüyə bilir.

Çoban itləri sürüləri idarə edərkən hürmək, tullanmaq, sürünün ətrafında dairə cızaraq qaçmaq və heyvanların dabanlarını yüngülcə dişləmək kimi üsullardan istifadə edirlər. Bəzi çoban iti irqləri isə səssiz-səmirsiz və diqqətlə baxaraq (süzərək) ferma heyvanlarına nəzarət edə bilirlər.

Agroexpert.az canavar boğan köpəklər haqqında araşdırmanı təqdim edir.

Qafqaz çoban iti
qafqaz iti

Qafqaz bölgəsinə xas (endemik) it cinsi. Bu it cinsinin təbii həyat sahəsi yalnız Qafqazdır və bu səbəbdən bu cins “Qafqaz çoban iti” olaraq adlandırılmışdır. Bu ad, bu it cinsinə ruslar tərəfindən verilmişdir. Qafqaz çoban iti iri quruluşlu və kobud görünüşlü heyvandır. Cinsin çəkisi 46-90 kq olur, 100kq və artıq çəkili fərdlər arzuolunmazdır. Hündürlüyü 74-88 sm-dir. Bu cins ətrafı yaxşı öyrənmə, edəcəyi işi yaxşı qavrama və xidmət etmə xüsusiyyətlərinə malikdir. Bu cins itlərə xas olan xüsusiyyətlər – hər an hazır vəziyyətdə olma, diqqətlilik, güclü qoruma instinktidir. Qafqaz çoban itləri yadlara qarşı təcavüzkar, amma sahibinə və yaxınlarına həddindən artıq bağlı və yumşaqdır. Qafqaz çoban iti hər zaman yaxşı yoldaşdır. Xüsusi yaşayış şəraitlərinə ehtiyac duymur və soyuq iqlimə qarşı dayanıqlıdır.

Qurdbasar

Azərbaycanın yerli it cinsidir, Qurd və Alabaş da adlandırılır. Əsasən qoyunçuluqda istifadə olunur. Qoyun sürüsünün rahat idarə edilməsinə xidmət edir. Onlar sahibinə və onun ailəsinə sədaqəti ilə seçilir. Yadlara qarşı isə çox amansız olur. Fiziki göstəricilərinin yüksək olması və sədaqətliyi onların mühafizəyə cəlb edilməsinə səbəb olur. Hazırda isə əsasən heyvan sürülərini vəhşi heyvanlardan qorunmada istifadə edilir. Orta və iri bədən quruluşuna malik olurlar. Kök və elastik dəri onun boyun nahiyəsində buxax əmələ gətirir. 3 yaşında yetkinləşir. 15 və yuxarı yaş yaşayan itlər uzun ömürlü hesab edilir. Erkəklər 72 sm, dişiləri isə 66 sm hündürlüyə malik olular. Birincilər 52 kq, ikincilər isə 42 kq çəkiyə malikdirlər.

Alman çoban iti və ya Alman qurdu
alman qurdu

Alman çoban iti və ya Alman qurdu Almaniya köklü bir it irqidir. Bəzən canavar iti də adlandırırlar. Böyük, atletik və güclü olması ilə yanaşı düzgün yetişdirldiyində bu iti ailə, qoruma yaxud iş iti kimi istifadə etmək mümkündür. Alman çoban itləri dünyada ən çox sevilən və ən çox seçilən it irqilərindəndir. Əsasən iş, ailə, qoruma və polis itləri olaraq istifadə edilir.
Alman çoban itlərinin ideal boyu dişlərdə 57,5 sm, erkəklərdə isə 62,5 sm-dir. 2,5 sm-ə qədər qısa və ya hündür olması normal qarşılanır. Ağırlıq dişilərdə 22-32 , erkəklərdə 35-40 kiloqram arasındadır. Çənəsi güclü olduğundan kəskin dişləməyə sahibdir. Ağıllı və özündən razı baxışları vardır. Boynu uzundur və aşağı yuxarı tərpədərək qaçış zamanı sürətini tənzimləyər.

Kanqal iti
kanqal

Kanqal — Türkiyə ərazisində yetişdirilən it cinsidir. Əsasən qoyun itidir və qoruma istiqamətlidir. İt adını Sivasın Kanqal ilçəsindən götürülmüşdür. Çəkisi: erkəklər 50 – 63 kq, dişi 41 – 54 kq, hündürlüyü 65 – 78 sm. Kanqal iti əsasən qoyun iti istiqamətlidir. Bununla belə onların qoruma xüsusuyyətləri vardır. Sahibinə sədaqətlidir. Üstəlik sahibinin sahibləndiyi hər şeyi qoruya bilir. İt döyüşlərində istifadə edilir. Qulaq və quyruq nahiyyəsi çox vaxt kəsilir. Türkiyədə qoyun və ya davarları canavar, çaqqal və ayı kimi vəhşi heyvanlardan qoruyur. Kanqal itləri saatda 50 km (30 mil) qədər sürət yığa bilirlər. Heyvanları hətta şirlərdən belə qoruya bilirlər.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669