Çaşır otu
maraqli Sağlam qidalanma

Çaşır otu xərcəngin sığortasıdır

Şəkərin və xərçəng xəstəliyinin sağlamlıq sığortası olan çaşır otu faydaları saymaqla qurtarmır. Saytımızda bir-çox bitki və qidaların faydaları haqqında məqalələr yerləşdiririk. Məqsədimiz insanımızın sağlam və orqanik qidalanmasıdır. Bu məqalədə sizə çaşır otu haqqında danışacayıq.

Çaşır otu

Ömrümdə heç yeməmişdim, bir dostumuz qonaq edənə kimi. Elə çoxları bu möcüzəvi bitki haqqında bəlkə də eşitməyib. Naxçıvanda və Azərbaycanın bəzi rayonlarında yay aylarının əvəzolunmaz olan çaşır bitkisi, insanlara şəfa paylayır. Bir çox xəstəliklərə yaxşı təsir etdiyi bildirilən çaşır yaşlı nəsil tərəfindən çox sevilir. Çaşır bitkisi iştahaçıcıdır və şəkər xəstələri üçün çaşır bitkisinin suyu, kökü və bitkinin gövdısi şox faydalıdır. 

Çaşır otu faydalarını saymaqla qurtarmaz.

  • Çaşır, metobalızmanı sürətləndirir, bağırsaqları işlədir. Ən əhəmiyyətlisi də bədənin şəkər metabolizmində mühüm rol oynayır. Şəkər səviyyəsinin tarazlığını qoruyur. 
  • Elmi mənbələrə görə çaşır: Xəbərdaredici və qaz dərmanı təsirlərindən dolayı zirə meyvəsi yerinə istifadə edilir. Kökün kimyəvi quruluşunda olan gummi-resinanın bağırsaqlardakı qurd əleyhinə təsiri aşkar edilib.
  • Ürək əzələlərini möhkəmləndirdiyi və qəlb ətrafındakı damarlarda daralma, ya da zəifləməyinin qarşısını aldığı müəyyən olunub.
  • Yenə bu bitki afrodiziak (cinsi gücü çoxaldıcı) kimi də istifadə edilir.

Çaşırın xərçəng və şişlər əleyhinə, antibakteriyel təsirinin varlığı da müəyyən edilib.

Çaşır otu istifadə qaydası

Azərbaycanın rayonlarında yazda bitkinin 10-20 santimlik təzə zoğlarını istifadə edirlər, əsasən suda pörtüb duzlanıb yeyilir, ya da şoraba düzəldilib qış mövsümündə istifadə edilir. Həmçinin pörtlədilib,soğanla qovrulub yumurta vurularaq yeyilir.

Onu da qeyd edim ki, əlimizdəki nemətlərin qiymətini bilmirik. Bu çaşırı bir-balaca elmi araşdırılması aparılsa, keyfiyyətli qablaşdırma ilə Avropa və başqa bahalı bazarlarda yaxşı qiymətə satmaq olar. Çaşır tutması yaxşı biznes ideya ola bilər. Türkiyədə çaşırın böyük balonu 60 lirədir (12 $).

Aşağıda sizə çaşırın necə saxlanması barədə video təqdim edirik.

Mənbə.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!