Cavan quşların yemləndirilməsi

agroexpert_bildircin quşlarİlk günlər cücələr 70 % qarğıdalı yarması və 30 %  buğda yarması qarışığı ilə, həmçinin suya 6-8 % şəkər tozu qatmaqla mayalandırıldıqda yaxşı nəticə almaq olur. İlk dövrdə cücələr gündə  5-6 dəfə yemləndirilməlidir. Sonralar yem və su qabları daima dolu olmalı, gün ərzində 3-4 dəfə yemləndirilməlidirlər.

Artıq yuxarıda  qeyd edildiyi kimi bu zaman fasiləli işıq rejiminin köməyi ilə yemləmə stimullaşdırıla bilər. 1-10 günlük cücələr üçün qarışıq yemlərin tərkibində ən azı 20-22 % xam protein, 295-300 kkal mübadilə enerjisi, 3-4 % xam yağ olması, yemin mineral mad-dələrlə və vitaminlərlə zənginləşdi-rilməsi, həmçinin aminturşuların, xüsusən də, lizin və metioninin balanslaşd-ırılması böyük əhəmiyyət kəsb edir. Bu yaş dövründə gün ərzində hər baş cücəyə 8-12 qr qarışıq yem verilməsi normaya uyğun sayıla bilər.

Müasir quş binası

Yumurtalıq istiqamətli toyuq kros-slarnın saxlanması zamanı 1-10 günlük cücələr üçün tərtib etdiyimiz yem paylarından istifadə olunması cücələrin ilk dövrdə boyatma və inkişafına müsbət təsir göstərir. Quşların boy və inkişafı praktiki əhəmiyyət kəsb edir. Belə ki, bu mərhələnin öyrənilməsi bilavasitə mühitlə əlaqədardır. Ayrı-ayrı mikro-iqlim amillərinin quşların inkişafına təsirinin mümkünlüyünü onların sis-tematik çəkilməsi ilə müəyyən etmək olar.

11-30 günlük cücələr üçün gündəlik yem norması 20-30 qr nəzərdə tutulması məsləhət görülür. Bu yaş döv-ründə xam proteinin miqdarı 19-20%, mübadilə enerjisi isə 280-290 kkal arasında olmalıdır.

Cavan quşlara 90-120 günlük yaş dövründə 80-90 qr qarışıq yem verilməlidir. Çünki bu yaş dövründə quşlar boyatmanı davam etdirməklə yanaşı, həm də cinsi yetişkənliyə çatır-lar. Bu dövrdə quşların cinsi yetişkən-liyə çatması ilə əlaqədar skelet də formalaşmağa başlayır və bu cəhətdən çanağın düzgün inkişaf etməsi mühüm əhəmiyyət kəsb edir. Odur ki, bu bəsləmə dövründə yemin tərkibində mineral maddələrin və D qrupu vitaminlərinin normaya uyğun balanslaşdırılması tələb olunur.

Yumurtalıq istiqamətli cücə-lərin bəslənməsi zamanı bir sıra məhsuldarlıq göstəricilərinə xüsusi diqqət yetirilməlidir

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика