Reseptlər

Çay süfrəsi üçün sadə limonlu keks (RESEPT)

İlin soyuq fəslidir artıq və soyuqdəyməyə qarşı bir tədbir olaraq mütəxəssislər tez-tez isti çay içməyi məsləhət görürlər. Agroexpert.az çay süfrəsi üçün həm faydalı , həm də dadlı limon ətirli sadə keks bişirməyi təklif edir.

limonlu keks
Tərkibi:
  • 150 qr kərə yağı (otaq temperaturunda yumşaldılmış)
  • 150 qr un
  • 3 ədəd yumurta
  • 120 qr şəkər tozu
  • 1 ədəd limon qabığı (rəndələnmiş)
  • 1/2 çay qaşığı vanil
  • 1/2 çay qaşığı qabartma tozu
  • 2 çay qaşığı konyak
  • 1 çimdik duz
Hazırlanma qaydası:

İlk öncə ələnmiş unu duzla qarışdırın. Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını şəkər tozuyla mikserlə yaxşıca çırpın. Üzərinə yumurtaları bir-bir əlavə edərək dayanmadan çırpın. 1 ədəd limonun qabığını rəndələyin və çırpdığınız kütləyə əlavə edin. Vanil və konyakı da əlavə edib qarışdırın.Tədricən unu əlavə edərək qarışdırmağa davam edin. Keks qəliblərini yağlayıb xəmiri qəliblərə bölüşdürün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. Sobadan çıxardığınız keksləri soyudun və üzərinə şəkər kirşanı səpib süfrəyə verin.

Nuş olsun!

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: