Cəfərinin insan orqanizminə inanılmaz faydaları

cəfərinin faydaları haqqındaCəfərinin faydaları saymaqla bitməz. O sağlamlığımız üçün çox əhəmiyyətlidir. Bir çox xəstəliklərin dərmanıdır.

Onun xərçəng xəstəliyinin də qarşısını aldığı faktı araşdırmalarda təsdiq olub. Səhərlər içildiyində bədəndə olan toksinləri, yəni istənməyən gecə boyu yuxu zamanı meydana gəlmiş zəhərli maddələri tər ilə bədəndən atılmasına kömək edir.

Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. Bədəndəki kimyəvi maddələri təmizləmək üçün, 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda (blender) yaxşıca əzirik, üzərinə yarım limon sıxırıq, yaxşıca qarışdırırıq. Səhər yeməyindən yarım saat əvvəl içirik. Üstündən də bir stəkan su içirik. Bir az sonra səhər yeməyi yemək olar. Bunu beş gün ara vermədən hər gün etmək lazımdır. Sonra bir həftə ara verib yenidən, təkrar edirik. Bu prosesi qaraciyərin piylənməsi zamanı da etmək lazımdır.

Cəfərinin faydaları nələrdir? Faydalı xüsusiyyəti hansılardır?

  • Cəfəri insanın ürək-damar sistemi üçün çox faydalıdır. Cəfərinin daim qəbulu qan damarlarını möhkəmləndirir, ödemləri aradan qaldırır, ürəyin fəaliyyətinə müsbət təsir edir.
  • Cəfəri dəmləmələri (yarpaqlar və köklər istifadə olunur) və şirəsi arterial təzyiqi normallaşdırır.
  • C vitamini ilə olduqca zəngindir. Bu səbəbdən cəfəri insanın immun sisteminə də çox müsbət təsir edir, orqanizmi möhkəmləndirir.
  • Cəfərinin tərkibində fermentlər və inulin (təbii nişastalı bir maddə) var ki, bu maddələr həzm prosesləri yaxşılaşdırır.
  • Cəfəri damaqları bərkidir və dişləri ağardır. Ağızdan gələn pis qoxunu yox edir.
  • A vitamini ilə zəngin olan cəfəri gözlər üçün də çox xeyirlidir.
  • Cəfəridə fol turşusu var. Bu səbəbdən göyərti hamilə qadınlar üçün çox faydalıdır.
  • Kosmetologiyada çox geniş istifadə olunur. Cəfəri ilə maskalar və kremlər üz dərisini ağardır, gözlərin altında olan qara kölgələri yox edir. Çilləri və piqment ləkələri daha az görünən edir. Bunun üçün 1 dəstə cəfəri blenderdə xırdalanır, 1 xörək qaşığı xama və 1 xörək qaşığı limon şirəsi ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maska ilıq su ilə yuyulur.
  • Cəfəri dəmləməsi dəridə iltihablar, civzələr zamanı da yaxşı müalicəvi təsir edir, dərini təmizləyir.

 

Göyərtiləri xarab olmadan necə saxlamaq olar???

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!