Cəlilabadda yetişdirilən çiyələk ərəb ölkələrinə ixrac olunur

agroexpert_az ciyelek satisi

Artıq hamımıza məlumdur ki, Azərbaycanda yetişdirilən hər bir məhsul xarici bazarda böyük marağa və tələbata səbəb olur. Bu isə təsadüfü deyil. Çünki insanlar gmo məhsullar yemək istəmir. Onun yaratdığı fəsadlardan zərər çəkib, ya da xəbərdardır. Məhz bu səbəbdən ekoloji, bioloji təmiz məhsullarımız böyük alıcı kütləsinə sahibdir.

Belə məhsullardan biri də, Cəlilabad rayonunda açıq havada yetişdirilmiş çiyələkdir. Artıq bir neçə gündür ki, həmin məhsulun yığımı və satışı həyata keçirilir.
agroexpert_az ciyelek

Bu il əkin dövründə havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsirini göstərib. Məhsul istehsalçıları yetişdirdikləri məhsulu yerli bazarlarda satmaqla yanaşı, Rusiyaya və ərəb ölkələrinə ixrac edirlər.Beş ildir ki, rayonda İspaniyadan gətirilmiş yeni növ çiyələk əkilir. Nəticədə, çiyələyin məhsuldarlığı iki dəfədən çox artıb.

Yerli bazarlarda çiyələyin bir kiloqramı 0,50-1 manata satılır.

Rayonda yeni inşa edilmiş soyuducu anbar 130 tondan çox çiyələk məhsulunun ixrac imkanlarını artırıb. Fermerlər müqavilə əsasında Dubaya, Küveytə 10 tonlarla çiyələk məhsulu ixrac ediblər.

Qeyd edək ki, bu il Cəlilabad rayonunda 500 hektarda çiyələk əkilib. Hər hektardan 200 sentner məhsulun götürülməsi planlaşdırılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!